Almaniyanın xarici işlər naziri Annalena Baerbok Qəzzada atəşkəs çağırışlarını dəstəkləməyib və bu çağırışları edənlərdən İsrailin təhlükəsizliyinə necə təminat verə biləcəyi sualına cavab istəyib.
Elchi.az xəbər verir ki, Berbok Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verib.
Baerbok Qəzzada atəşkəs çağırışları ilə bağlı bunları deyib:
“Günahsız uşaqların və insanların nəinki dəhşətli əzab çəkdiyi, hətta öldüyü bu dəhşətli vəziyyətdə mən atəşkəs üçün emosional çağırışları tam başa düşürəm. Amma bu cür çağırışlar insanlara təhlükəsizliyə və əmin-amanlığa həqiqətən zəmanət verməyə kömək etmək üçün kifayət etmir. Amma nəsə tələb edənlər, O, həmçinin atəşkəs tələbinin bu dəhşətli vəziyyətdə İsrailin təhlükəsizliyinə necə təminat verə biləcəyi kimi suallara cavab verməlidir”.
HƏMAS-ın əlində olan əsirlərin vəziyyətinə diqqət çəkən Baerbok, “Bu girovların aqibəti necə olacaq və danışıqların insan həyatını xilas etmək ehtimalının az olduğu bir vəziyyətdə bunu həqiqətən kim müzakirə edəcək?” dedi.
Etibarlı humanitar fasilələrə də ehtiyac olduğunu ifadə edən Baerbock, “Yalnız müvəqqəti deyil, həm də regional xarakter daşıyan etibarlı fasilələrə ehtiyac var. Evlərinin dağıntıları altında çarəsiz oturan uşaqlara həqiqətən çata biləcəyimiz fasilələrə ehtiyacımız var. Qəzzada, çünki ailələri dağıntılar altında qalıb”. dedi.
Şayəstə Hüseynova






