"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Berezovskini niyə öldürdülər: Oliqarxın mühafizə rəisi sensasion sirləri açdı – FOTOLAR

26 Mart 2015 - 17:06
in XƏBƏR LENTİ

Berezovskini niyə öldürdülər: Oliqarxın mühafizə rəisi sensasion sirləri açdı - FOTOLAR

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Keçmiş rusiyalı oliqarx Boris Berezovskinin sirli ölümünə dair sensasion məlumatlar yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, Berezovskinin mühafizə rəisi ilk dəfə onun intihar etmədiyini, öldürüldüyünü açıqlayıb, üstəlik bunun səbəblərini də danışıb.
“The Daily Mail” qəzetinin yazdığına görə, Berezovskinin keçmiş mühafizə rəisi Sergey Sokolov onun hamam otağında öldürüldüyünü deyib.
Sokolov deyib ki, Berezovski Rusiyada oliqarxların hazırladığı çevriliş planı haqda məlumatları prezident Vladimir Putinə ötürməyə hazırlaşırdı və onun öldürülməsinin səbəblərini də bunda axtarmaq lazımdır.
Sergey Sokolov
“Kreml liderini devirmək planına dəxli olan mühacirətdəki rusiyalı oliqarxı Qərb xüsusi xidmətləri aradan götürdülər”– deyə Berezovskinin mühafizə xidmətinin rəisinə istinadən qəzet yazır.
Berezovski 2013-cü ildə 67 yaşında London ətrafındakı Berkşir şəhərindəki evində ölü tapılıb. Britaniya polisinin versiyasına görə, oliqarx intihar edib.
Lakin Sokolov keçmiş şefinin sirlərini açaraq danışıb ki, Berezovski Rusiyaya qayıtmağa hazırlaşırdı və bu məqsədlə Putinlə danışıqlara başlamışdı. Xahiş edirdi ki, onu geriyə – ölkəyə buraxsınlar. Baxmayaraq ki, Berezovski uzun illər ərzində Putinə qarşı barışmaz müxalifətdə olmuşdu.
“Mən tamamilə əminəm ki, Borisin əlində bəzi iri oliqarxların ona Rusiyada çevriliş təşkil etmək təklifinin əks olunduğu video və audioyazılar var idi. Vəd olunmuşdu ki, bu qəsd planının başında Berezovski dayanacaq”– Sokolov deyib.
Keçmiş mühafizə rəisinin bildirdiyinə görə, Berezovskinin danışıqları gizli yazmağa hərisliyi var idi və o, öz “saxlancını” gizlətmişdi: “Qərb xüsusi xidmət orqanları hələ də Berezovskinin bu gizli səs və video arxivini axtarır. Boris proqnozlaşdırılacaq adam deyildi və həmin qiymətli informasiyaları evində, yastığının altında saxlamırdı”.
Keçmiş mühafizə rəisi deyib ki, Berezovskinin əlində Britaniyanın Mi-6 kəşfiyyat xidmətinin Rusiyaya dair kəşfiyyat malumatları da var idi.
“Mən bilirdim ki, Borisin Mi-6, “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqələri var. Berezovskinin qətlini bir neçə ay ərzində hazırlamışdılar. Bu, xüsusi xidmətlərin çox parlaq əməliyyatı idi” – keçmiş mühafizəçi deyib.
Berezovskinin Londondakı malikanəsi…
Sokolov detalları da danışıb: “Özünüz nəticə çıxarın: Berezovskinin evi sutka boyu mühafizə olunurdu, evin bütün perimetri boyu gizli videomüşahidə kameraları yerləşdirilmişdi. Və milçək də yan keçə bilməzdi. Ancaq onun öldüyü gün bütün mühafizəçilər qəfildən yoxa çıxdılar, videomüşahidə kameraları söndürülüdü. Hərçənd ki, onlar hər yüz metrdən bir quraşdırılmışdı. Çox güman ki, bu əməliyyatda təkcə Mi-6 yox, MKİ də iştirak edib. Borisi bu məxfi xidmətlərin  ələ aldığı adamlar əhatə edirdi, o cümlədən onun bir neçə mühafizəçisi ələ alınmışdı”.
Sergey Sokolov “Atoll” özəl mühafizə şirkətinə rəhbərlik edib və 1994-1999-cu illərdə Berezovskinin şəxsi mühafizəsini həyata keçirib. O, əvvəlcə Berezovskinin ölümünü intihar hesab etsə də sonradan mövqeyini dəyişib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirilir

Next Post

Sudan İranla diplomatik əlaqəni dayandırııb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sudan İranla diplomatik əlaqəni dayandırııb

Putin Rusiyanı qarışdırmaq istəyənlərə ultimatum verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.