Berlin vəd etdiyi silahların Kiyevə çatdırılmasını gecikdirdi. Elchi.az xəbər verir ki, bu barədə “Welt” Almaniya Müdafiə Nazirliyinin həftəlik yenilənən siyahısına istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenskinin may ayında Almaniyaya səfərindən sonra elan edilmiş böyük yardım paketinə vəd edilmiş 110 Leopard tankından yalnız 10-u yollayıb. Qeyd olunur ki, Almaniya tərəfi eyni zamanda Ukraynaya 20 ədəd Marder piyada döyüş maşını, 4 İRİS-T raketdən müdafiə sistemi və 12 buraxılış qurğusu göndərməyib.
Bundan əvvəl məlum olub ki, Vaşinqton bu ilin sentyabrında Amerikanın “Abrams” tanklarını Ukraynaya verməyə başlamağı planlaşdırır. Amerika rəhbərliyinin avqustda avadanlığın bir hissəsini yeniləmək üçün Almaniyaya göndərmək niyyətində olduğu bildirilir. Bundan sonra, nəşrin məlumatına görə, tankların ilk partiyası Ukrayna ordusuna təhvil veriləcək.
Havar Şəfiyeva






