Siyasətçi bildirib ki, Ukraynanın maraqlarını qorumaq və sülh naminə çalışmaq bir-birinə sığmayan yollar deyil.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynada münaqişənin həllində yəqin ki, boşluq var, problemin həlli üçün iş görülməlidir, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib.
Siyasətçinin “La Repubblica” qəzetinə müsahibəsində dediyi kimi, “Ukraynanın maraqlarını qorumaq və sülh üçün çalışmaq bir araya sığmayan yollar deyil”. “İrəli İtaliya” partiyasının liderinin sözlərinə görə, “hər ikisini etmək” lazımdır və ABŞ hakimiyyəti bunu “çox yaxşı başa düşür”.
“Bəlkə də boşluq var. Gəlin bunun üzərində işləyək”, Berluskoni çağırıb.
Bundan əvvəl İtaliyanın keçmiş baş naziri Rusiya və Ukrayna liderlərini danışıqlar masası arxasına oturtmağı və şəxsən vasitəçi kimi çıxış etməyi təklif etmişdi. Həmçinin onun fikrincə, Vladimir Zelenski Qərbdən Ukraynaya hərbi yardımın dayandırılacağı təqdirdə danışıqlar masası arxasına əyləşə bilər.
Şayəstə






