ANSA: Berluskoni həyat yoldaşına 100 milyon avro qoyub.
Elchi.az xəbər verir ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni həyat yoldaşı Marta Faşinaya miras olaraq 100 milyon avro qoyub. Bu barədə ANSA agentliyi məlumat yayıb.
Berluskoni eyni məbləği qardaşı Paoloya vəsiyyət edib, daha 30 milyon avro isə onun yaxın dostu, keçmiş senator Marçello Del Utriyə gedəcək.
Xatırladaq ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 2023-cü il iyunun 12-də vəfat edib. Onun 86 yaşı var idi və ölümündən az əvvəl ona qan xərçəngi diaqnozu qoyuldu. Siyasətçinin ilk xəstəxanaya yerləşdirilməsindən sonra həkimlər onun müalicəsi üçün müsbət proqnozlar versələr də, xəstəliyin daha güclü olduğu üzə çıxıb.
Şayəstə Hüseynova





