Milan məhkəməsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə bəraət verib. O, yetkinlik yaşına çatmayan fahişələrlə əlaqədə olmaqda ittiham edilirdi.
Elchi.az-ın “La Repubblica” qəzetinə istinadən xəbərinə görə, məhkəmə cinayət tərkibi olmadığı üçün belə bir qərar verib.
Xatırladaq ki, İtaliyanın baş naziri ilə bağlı istintaq 2010-cu ildə başlayıb. İddialara görə, Berluskoninin villasında mütəşəkkil fahişəlik sistemi fəaliyyət göstərib. Siyasətçi qızlarla erotik məclislər təşkil edib, onlar gecəyə 2-3 min avro alıb.
Yeganə






