"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Beynəlxalq bank işi”ndə yeni gəlişmə

09 Fevral 2016 - 08:41
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Beynəlxalq bank işi”ndə yeni gəlişmə

Bu ilin mayında 25 nəfərin işi məhkəməyə göndəriləcək;

“Mənim fikrim budur ki, ”Beynəlxalq Bank işi” üzrə istintaq getmir”. Bu sözləri “Yeni Müsavat”a vəkil Kamandar Nəsibov deyib. 
Yada salaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin bu il martın 18-də istefaya getməsindən az sonra kredit borcu olanların həbsinə başlandı. 200-ə yaxın kredit milyonçusunun həbsə alınması haqda məlumatlar olsa da, tutulanlardan çox az bir qisminin kimliyi ictimaiyyətə bəllidir. Bu gün “Beynəlxalq Bank işi” üzrə həbsdə olanlar sırasında K.Nəsibovun vəkili olduğu bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var.
K.Nəsibovun sözlərinə görə müvəkkili 9 ay əvvəl həbs olunsa da, istintaqda hərəkətlilik demək olar ki, yox səviyyəsindədir: “İstintaq 2016-cı il mayın əvvəlində sona çatmalıdır. Gözləyirik. Adil Hüseynovun həbsindən 9 ay ötür. Bizə də ümumi şəkildə deyiblər ki, maya qədər məsələ uzanacaq. Ötən 9 ay ərzində cəmi iki dəfə istintaq hərəkəti olub. Kiçik ifadə alıblar. Ucundan-qırağından soruşdular. Pulu kimdən almısan, kimə vermisən – onu da soruşmadılar. Dedilər nə baş verib, Adil Hüseynov da cavab verdi ki, ona müqaviləni göndəriblər ki, imzalasın. O da imzalayıb və geri qaytarıb. Bir də imzalanan müqavilələr üzrə pulu hara deyiblərsə, ora da göndərib. Vəssalam. O əmrləri kimlər verdiyini də deyib. Amma onlarla üzləşmə olmayıb”.
 
Vəkilin sözlərindən məlum olub ki, A.Hüseynovla eyni vaxtda 25 nəfər tutulub: “Onlardan yalnız Adil Hüseynov bankın işçisi olub. Qalanları bankdan kredit götürmüş firmaların psevdorəhbərləridir. Ona görə psevdorəhbər adlandırıram ki, onlar faktiki maaşa işləyən şəxslər olub. Pulu alanların böyük əksəriyyəti isə bu gün evlərində oturub firavan həyatlarını yaşayırlar. Firmaların sahiblərindən həbs olunanlar Cahangir Hacıyevlə Dünyamin Xəlilovdur. Qalanları – Xəqani Bəşirov, Nizami Piriyev, onun oğlu Nəsib Piriyev və daha 20 krediti faktiki alan şəxs azadlıqdadır”.
K.Nəsibov deyir ki, iş üzrə tutulanlara ittiham verilmiş maddələr də uyğun deyil: “Əvvəl gündən deyirəm ki, bu adamların əməllərində dələduzluq yoxdur. Olsa-olsa vəzifə səlahiyyətlərini verə bilərdirlər və ya pulun təyinatı üzrə xərclənməməsini. Onu da sübut etmək lazımdır. O direktorlar sənədləri imza edəndə saxtakarlıq etdiklərini heç ağıllarına belə götürməyiblər. Onlar kim idi axı? Hamı bilir ki, Azərbaycanda biznes milli mentalitetə uyğunlaşdırılıb. Deyiblər, onlar da imza ediblər, pulu da firmaların faktiki sahibləri götürüb. Adil Hüseynov Beynəlxalq Bankın Dubay filialının müdiri olub. O, rəhbərlikdən gələn göstərişləri icra edib. Yəni deyiblər ki, müqaviləni imzala, imzalayıb. Desəydi ki, imzalamıram, onu işdən çıxaracaqdılar”.
Yada salaq ki,  K.Nəsibov əvvəlki açıqlamalarından birində həbsdə saxlanılan şəxslərin bəzilərinin kimliyini də açıqlamışdı: “Bu gün həbsdə saxlanılan günəş batareyalarının quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri Adil Mikayılov, ”Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad  Yavuz, “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirov kreditlərin alınması haqda sənədlərə, sadəcə,  qol çəkiblər. Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad  Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər və bütün əmlaklarını satsalar belə heç 3-4 milyon qaytara bilməzlər. Bu adamlar birbaşa Cahangir Hacıyevin adamlarıdır. Bu kreditlər birbaşa Beynəlxalq Bank rəhbərliyinin göstərişi, tapşırığı ilə verilən məbləğlərdir. Tutulanlar isə sadəcə icraçılardır. Şirkətlərdə direktor vəzifəsinə təyin olunublar, maaşlarını alıb sənədlərə qol çəkiblər. Onlar milyonluq kreditlərin sənədlərini görüblər. Göstərişləri yerinə yetiriblər. Adil Hüseynov və Erhan Yavuz cavandırlar, digər 2 şəxsi isə yaşlı adamlardır. Onlar 1 qəpiyin yiyəsi olmaya-olmaya həbsdədirlər”.
C.Hacıyevin 51 faizi dövlətə məxsus olan Beynəlxalq Banka rəhbərliyi dövründə bankın ümumi kapitalının həcmi 8 milyard manat olub. Həmin pulun 6 milyard manatı bu gün problemli, geri qaytarılması müşkül olan kredit şəklində paylanıb. K.Nəsibovun açıqladığı faktlardan məlum olur ki, kreditlərdən azı 619 milyon manatı C.Hacıyevin özünə çatıb. 
 
Cahangir Hacıyev ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun qudasıdır. C.Hacıyevin bu maxinasiyaları və digər cinayətləri sabiq nazirlə əlbir həyata keçirdiyi iddia olunur. 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Mahmudovun vəhabilərlə əlaqəsi araşdırılacaq

Next Post

Almaniyadan Merkelə sərt təpki: “Ankaranın şantajına boyun əyməyin!”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Almaniyadan Merkelə sərt təpki: "Ankaranın şantajına boyun əyməyin!"

Xocalı soyqırımı - Çili mətbuatında

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.