“Rusiyanın Ukraynanın dörd bölgəsini də öz ərazisi elan etməsi yaxın perspektivdə çox maraqlı presedent yarada bilər”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib:
“Məsələ ondadır ki, Rusiya bu addımı atmaqla daha da təklənəcək, daha geniş sanksiyalara məruz qalacaq, amma tək bir ehtimal bu addımı presedentə çevirə bilər. Bu da Rusiyanın bu təzyiqlərə qarşı gələ biləcək gücü özündə tapa biləcəyi halda. Bura nüvə silahı işlədilməklə müəyyən dairələrin geri çəkilməsi və bu işğalın nəticələrini qəbul etməsi aiddir. Təbii ki, bu, çox zəif ehtimaldır, amma bunun izlənməsi mütləqdir.
Beynəlxalq hüquq çox böyük ölçüdə bir boşluğun içərisinə girdi. Bu boşluq özündən bir çox separat fikirlər ifraz edəcək. Bu baxımdan Azərbaycan da buna hazır olmalıdır. Qarabağda ermənilərin separat addımlarına qarşı biz də Ermənistanda separat bölgə və ya bölgələr yaratmalıyıq ki, ehtiyyat şəklində dursun. Ehtiyac halında biz də bu variantı qarşı olaraq işə sala bilək.
Rusiyanın bu addımı Qərbi Zəngəzurun və ya Basarkeçərin azərbaycanlı vətəndaşları arasında belə bir referendum keçirib, oraların Azərbaycan ərazisi elan etməsinə presedent ola bilər”.
Yeganə




