"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Beynəlxalq münsiflər heyəti bir daha Azercell-i seçdi

16 Avqust 2016 - 22:13
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Şirkət nüfuzlu Stevie mükafatının 3 nominasiyası üzrə uğur əldə etdi 

 

Ölkəmizin lider mobil operatoru Azercell beynəlxalq biznes aləmində uğurlarını artırmaqda davam edir.  Şirkət Stevie Beynəlxalq Biznes Mükafatı üzrə 3 nominasiyanın qalibi olaraq münsiflər heyətinin böyük etimadını qazanıb. “İlin telekommunikasiya şirkəti” və “İlin Korporativ Ünsiyyət Departamenti” nominasiyası üzrə bürünc mükafatı qazanan Azercell Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırdı.   Eyni zamanda, Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən Sumaks şirkəti isə “İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görüldü.

Təbii ki, bu seçimi etdikdə tanınmış qurumun beynəlxalq münsiflər heyəti şurası Azercell-in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə almaya bilməzdi. Şuranın rəylərinə əsasən: “Ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar Azercell-in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi Azercell şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir. Bundan əlavə, ön cəbhə zonasındakı hərbi qulluqçular və vətəndaşlar üçün növbəti dəyərli dəstəyini göstərərək, Füzuli, Ağdam və Tərtər rayonlarındakı döyüş bölgələrində məskunlaşmış abunəçilərinə şəbəkədaxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edən şirkət bu nümunəvi işinə görə də İlin telekommunikasiya şirkəti adını almağa layiqdir”.

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən Sumaks Startapı isə Innovativ Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə  layihələrə görə gümüş mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycanda bir ilk olan Avtomaks qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirməkd, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan Stevie mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə “İlin İctimaiyyətlə Əlaqələr Şirkəti”, 2012-də  ətraf mühitin qorunmasına xidmət edən “Karbon Kalkulyator” layihəsinə görə “İlin Kreativ Komandası” nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu (“Bölgə” tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında Stevie mükafatına layiq görülüb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Babil Elektrik Aydinlatma San ve Tic Ltd Sti tekzib edir

Next Post

AGBank-ın Visa İnfinite, Visa Platinum və Visa Gold kart sahiblərinə xoş xəbər!

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

AGBank-ın Visa İnfinite, Visa Platinum və Visa Gold kart sahiblərinə xoş xəbər!

İran OPEK-in toplantısına qatılacaqmı?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.