İsrailin Qəzzanı mühasirəyə almasına diqqət çəkmək üçün dünyanın bir çox şəhərləri ilə eyni vaxtda beynəlxalq “Qəzzə ilə üz” tədbiri keçirilib.
Elchi.az xəbər verir ki, tədbir çərçivəsində 6-12 yaş arası təxminən 1000 uşaq təlimçilərin müşayiəti ilə Qəzzanın ən şimal nöqtəsi olan Beyt Lahiya çimərliyində dənizdə üzüblər.
İtaliya və İngiltərə kimi Avropa ölkələri ilə yanaşı, İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Fələstinin tarixi Yaffa şəhərindən də eyni vaxtda iştirak ediblər.
Şayəstə Hüseynova




