"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bill Qeytsin 123 milyon dollarlıq malikanəsi – FOTOLAR

25 Mart 2016 - 11:15
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bill Qeytsin 123 milyon dollarlıq malikanəsi - FOTOLAR
79 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamı olan amerikalı milyarder Bill Qeyts sərvətinə uyğun olaraq möhtəşəm bir malikanədə yaşayır. Qeytsin malikanəsi Vaşinqtom ştatının kiçik Medine şəhərindədir.
 
ABŞ dövlətinin təsisçi-atalarından biri və bu dövlətin ilk prezidenti olan Corc Vaşinqotunun adını daşıyan Vaşinqton ştatı ölkənin şimal qərbində, Sakit okeanın sahilində, Kanada ilə sərhəddə yerləşir və ölkənin ən ucqar ştatıdır.
Bill Qeyts böyük və təmtəraqlı malikanəsinə daxil olan tikililərə ümumilikdə 63 milyon dollar xərcləyib. Tikinti 7 il çəkib. Hazırda malikanənin qiyməti ən azı 123 milyon dollardır.
Bill Qeyts yaşayış kompleksinin “Zanada 2.0” adlandırıb.
Malikanənin yerləşdiyi ərazini milyarder 1988-ci ildə 2 milyon dollara alıb. Bu malikanə üçün Qeyts daşınmaz əmlak vergisi olaraq ildə 1 milyon dollar vergi verir.
Malikanənin tikintisinə 1,2 min kubmetr taxta materialı işlədilib. Binalar əsasən Oreqon çamından tikilib və yaşı 500-ü keçmiş ağaclar seçilib.
Tikintidə 100-ü elektrik işçiləri olmaqla 300 nəfər çalışıb. Bütün malikanəni sensor sistemi əhatə edir. Bu sensorlar burada yaşayanlara otaqlarda havanı və işıqlandırmanı idarə etmək imkanı verir. Qonaqlar malikanəyə daxil olanda onlara xüsusi breloklar verilir və onlar otaqlarda hansı hava və işıqlandırma tipini istəyirlərsə, onun göstəricilərini brelokun monitoruna daxil edirlər. Daha sonra onlar bir tikilidən başqasına keçəndə hava və işıq parametrləri onların sifarişinə uyğun avtomatik dəyişilir.
Hansısa otaqda bir musiqi parçasını dinləməyə başlayan şəxs yerini dəyişsə də, həmin musiqi divar kağızının altında yerləşdirilmiş dinamiklər sisteminin sayəsində başqa otaqlarda da onu “təqib edir”. İstilik itkisinin azaldılması üçün yerli şəraitin xüsusiyyətlərindən istifadə olunur.
Divardakı rəsm əsərləri bir düyməni basmaqla dəyişir. Evin hər tərəfində ümumi dəyəri 80 min dollar olan kompüter ekranları quraşdırlıb. İstənilən şəxs kompüterin ekranına öz sevimli rəsm əsərini və ya şəklini qoya bilir. Bu sistemin qiyməti 150 min dollardır.
Hovuzda sualtı musiqi sistemi quraşdırılıb. 18 metrlik hovuz 360 kvadratmetlik böyük, palıdı tikilinin önündə inşa edilib. Tikilidə dörd duşxanalı və iki vannalı geyinib-soyunma otağı, sauna, buxar otağı, 230 kvadratmetrlik trenajor zalı var.
Evin böyük qəbul salonunda bir dəfəyə 200 qonaq masa arxasında otura bilər.
Zalda iki metrlik buxarı mövcuddur. Ümumilikdə evdə 24 hamam otağı var, onlardan 10-u cakuzi ilə təchiz edilib.
Bill Qeytsin qonaq-qaralı adam olduğunu, tez-tez ziyafətlər, ballar təşkil etdiyini nəzərə alsaq, bu qədər hamam-tualetin nəyə lazım olduğu anlaşılar. Elə malikanədə fəaliyyət göstərən 6 mətbəx də milyarderin qonaqlarını delikateslərlə, cürbəcür ləziz təamlarla doyurmaq üçündür.
Evdə nəhəng kitabxana var və burada nadir kitablarla yanaşı, Qeytsin 30 milyon dollar xərclədiyi əlyazmalar da qorunub saxlanılır. Kitabxananın üzərində 200 kvadratmetrlik kümbəz quraşdırılıb. Kümbəzdə iki gizli şkaf var, onlardan biri içki barı rolunu oynayır. Tavanda amerikalı yazıçı Frensis Skott Fitsceraldın “Möhtəşəm Getsbi” romanından bir sitat həkk edilib. Həmin sitat belədir: “Onu bu məxməri çəmənliyə gətirən yol uzun olmuşdu və indi, arzusuna yaxın olduğu bir vaxtda ona elə gəlirdi ki, əlini uzatmağı bəsdir ki, arzusuna çatsın”.
Burada Leonardo da Vinçinin 16-cı əsrə aid əlyazması, Lester məcəlləsi də saxlanılır. Qeyts bu əlyazmanı 1994-cü ildə hərracda 30,8 milyon dollara alıb.
Evdəki məxmər oturacaqlı kinoteatr 20 nəfər üçün nəzərdə tutulub. Kinoteatr ardeko stilində quraşdırılıb, burada rahat kreslo və divan, hətta popkorn avtomatı da var.
Malikanənin ərazisində ayrıca bir bina və onun yaxınlığında tennis kortu, qolf oynamaq üçün məşq meydançası və qayıq körpüsü var. Burada da qonaq otaqları, hamamxanalar mövcuddur. Bu binada da elektronik cihazlar baş binada olduğundan az deyil. Qeyts “Gələcəyə yol” kitabının böyük hissəsini məhz bu binada yazıb.
Ümumilikdə malikanənin qarajlarında 23 avtomobil var. Onlar ərazinin müxtəlif yerlərində tikilmiş qarajlarda saxlanılır. Onlardan ən maraqlısı polad və betondan mağara üslubunda tikilib. Bu qarajda 10 avtomobil dayanır.
Milyarderin malikanədə sevimli ağacı var, bu, 40 yaşlı qayın ağacıdır. Ağaca xüsusi kompüter qulluq edir, torpağın nəmliyini nəzarətdə saxlayır, əgər torpaq çox qurudursa, avtomatik olaraq sulama sistemi işə düşür.
Malikanədə inşa edilmiş süni çayda balıqlar, əsasən qızıl balıq (forel) və losos yetişdirilir.
Qeytsin malikanəsindəki çimərliyin qumu Karib dənizindən gətirilib. Hər il Sent-Luisdən gələn gəmi gölün çimərliyinə qum gətirir. Bu reyslərin hər biri milyarderə 35 min dollara başa gəlir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Putini daha yaxşı anlamağa başladıq` – Kerri

Next Post

İvanişvili `Liverpul`un sahibi oldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İvanişvili `Liverpul`un sahibi oldu

Papa miqrantların ayağını yudu və öpdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.