"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bilməz idim, döngələr var, dönüm var…”

09 Mart 2018 - 08:54
in aktual-banner, Banner, Cebhe-banner, KÖŞƏ YAZILARI, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Vaqif Bayramov
…Nə zamandan bəri ürəyimdə götür-qoy etdiyim qərarımı qətiləşdirib Təbrizə yola çıxdım.

Bu yol elə bil ki, məni illərlə ayrı düşdüyüm və həsrətini yaşadığım yurda, el-obaya aparırdı.
Bu yol da Laçın-Sisyan aşırımına bənzəyirdi- dolambac idi. Bəlkə buna görə dolanbac, dolaşıq xatirələrim də qırılmırdı. Bir neçə saatdan sonra “Qaragilə” mahnısındakı kimi, Təbrizin də küçələrini, yollarını dolambadolan gəzəcəyəm, görəcəyəm…
…Yolun sağ-solunda hər nə varsa – dağlar, təpələr, çöllər, kəndlər məndə qəribə bir ovqat-nisgil yaradırdı, bu torpaq haqda kitablardan oxuduğum keşməkeşli tarixdən xəbər verirdi.
…Bu yol məni Təbrizə, həsrət, kədər, ağrı şairi kimi tanıdığım böyük Şəhriyarla görüşə tələsdirirdi.
***
Təbriz deyiləndə Məhəmmədhüseyn Şəhriyarı düşünmüşəm həmişə.
Təbriz deyiləndə bu müdrik şairin “Heydərbabaya salam” poemasını (abidəsini) yada salmışam.
…İndi bir neçə saatdan sonra uzun illər ürəyimdə gəzdirdiyim, amma son dövrlər fürsət yaranmasına baxmayaraq, hansı səbəbdənsə gerçəkləşməyən arzuma- Təbrizə çatacam, bu şəhərdə əbədiyyətə qovuşan Şəhriyarın ruhuna salam verəcəyəm.
***
…Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə “ildırımlar şaxan, sellər, sular şaqqıldayıb axan, qızlar ona səf bağlayıb baxan”, “kəhliklər uçan, kol dibindən dovşan qalxıb qaçan, baxçaların çiçəklənib açan”, “bayram yeli çardaxları yıxan, novruz gülü, qar çiçəyi çıxan, ağ buludlar köynəklərin sıxan” çağları xatırlayıram.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə bəxtəvər günlərimi xəyalən yaşayıram. “Qarı nənənin gecələr nağıl dediyi, külək qalxıb qap-bacanı döydüyü, qurd keçinin şəngülüsünü yediyi” zamanlar göz önünə gəlir. Qəlbimdə təzədən “qayıdıb bir də uşaq olmaq, bir gül açıb ondan sora solmaq” istəyi göyərir.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə fikirləşirəm ki, görəsən “ağac minib, at gəzdirən günlərim”ə, Zəngəzur, Salvartı dağlarına bir də yolum düşəcəkmi?!. Görəsən o yerlərin “üzü gülən, bulaqları ağlayan” mövsümünü bir daha yaşaya biləcəyəmmi?!. Görəsən “qəzöv-qədər, ölüm-itim” olan, Süleymandan, Nuhdan qalan, oğul doğan, dərdə salan, hər kimsəyə hər nə verib alan, Əflatundan bir quru ad qalan”, “yalan olan” bu dünyada günahım, suçum nəydi ki, o dağlardan “yolum gəc oldu”, “ömrüm keçdi, gələmmədim, gec oldu, heç bilmədim gözəlləri nec oldu?”. Ağlıma gətirməzdim, “bilməz idim döngələr var, dönüm var, itginlik var, ayrılıq var, ölüm var”… Düşünürəm ki, kaş o möcüzəli məkana İlahi bir köç salaydı və o köçün “uşaqları bir dəstə gül bağlayıb yellə bu yana” göndərəydilər. Onda “bəlkə mənim yatmış bəxtim oyanaydı”.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə ustad Şəhriyarın əzablarını dönə-dönə bölüşürəm, dünyasına tamaşa edib doğrudan da dünyanın “qəzöv-qədər, ölüm-itim, oğulsuz, yetim” olması qənaətinə dönə-dönə gəlirəm.
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?…
***
Evdən çıxanda telefonumun maqnitofonuna Rübabə Muradovanın üç oxusunu- “Qaragilə”, “Heydərbabaya salam” və “Yumul, bənövşəm, yumul”u köçürmüşdüm… Maşının pəncərəsindən ətrafı seyr edə-edə xanım müğənninin yanıqlı səsi məni bayaq dediyim o dolanbac, dolaşıq xatirələrimin fonunda ötənlərə aparırdı. O səs məni ötənlərdən yuxularımda, xəyallarımda qonaq olduğum, gəzdiyim Təbrizə tələsdirirdi. “Təbrizin küçələri dolanbadolan, Qaragilə, dolanbadolan, Sən ki, məni sevmədin, Get ayrı dolan, Qaragilə, get, ayrı dolan”- ah-amanı pak, munis bir sevgi dastanına çevrilən qədim şəhəri- o müqəddəs torpağı görmək istəyimi alovlandırırdı. “Heydər babaya salam”ı- müğənninin kədərli oxusu (səsi, naləsi) ürəyimi parçalayırdı…

…Heydər baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim, gözəllərin nec oldu,
Bilməz idim, döngələr var, dönüm var.
İtkinlik var, ayrılıq var, ölüm var.

Bu əzabı az sonra elə bu torpaqdaca dünyasını dəyişən Nüsrət Kəsəmənlinin şeirinə bəstələnən mahnıdan qopan fəryad daha da qatılaşdırırdı. Əfsanəvi səs-söz haqsız, insafsız Allah bəndəsinin dünyanın nizam-tərəzisini pozmasını bənövşə taleyində göz önünə gətirirdi:

…Çəmənlərə iz düşür,
Bir deyil ki, yüz düşür.
Niyə sənin payızın
Hər çiçəkdən tez düşür;
Yumul, bənövşəm, yumul.

…Yum gözünü, çən görmə,
Vaxtsız gələn qəm görmə,
Dünya yaman qarışıb,
Mən görəni sən görmə;
Yumul, bənövşəm, yumul!…
***
… Xoş bir təsadüfdən Şəhriyarın oğlu Hadi Behcət Təbriziylə şairin ev muzeyində görüşürük.Bakıdan gəldiyimizi deyirik. Mehribanlıq göstərir. Birgə şəkil çəkdiririk… Üzdə sakit, həlim görünməsiylə yanaşı, daxilən zəngin, eyni zamanda, təvazökar olması da diqqət çəkir. Danışığından başa düşürəm ki, atasının poeziyasına, zəngin yaradıcılığına dərindən bələddir. Səbrlə, təmkinlə ustad yaradıcılığının ürfani-fəlsəfi qatlarına enir…
Hadi bəyə ilk sualım atasını necə xatırlaması ilə bağlı oldu.
-Atam olduğu üçün demirəm, bütün Şəhriyarsevərlər fikrimi təsdiq edə bilərlər: Ustad qeyri-adi insan olduğu kimi, qeyri-adi də şairiydi. Cəmiyyətdə sevilirdi, hörmət bəslənilirdi. Bu gün də o məhəbbət sönməyib, öləziməyib, daha da güclənib…

-Fotolarında, rəsmlərində simasından yaşadığı kədər, qəm-qüssə açıq-aydın sezilir.

-Sevgisinə-Sürəyyasına qovuşa bilməmişdi, istəkli dostlarını vaxtsız itirmişdi… Bütün bunlar onu tənhalaşdırmışdı, təkləmişdi, dərdini artırmışdı, nisgil burulğanına salmışdı. Bəli, dediyiniz kimi, bu, üz cizgilərinə, gözlərinə, yerişinə, duruşuna, danışığına sirayət etmişdi.

-İlk məhəbbəti haqda da çox danışılıb, yazılıb.

-Sevgisi barədə heç vaxt heç yerdə dilinə söz gətirməzdi. Bir dəfə çox yaxın bir dostuna, tədqiqatçısı Əbülfəz Əli Məhəmmədiyə deyibmiş ki, Sürəyya olmasaydı, bəlkə də elə Seyid Məhəmmədhüseyn Behcət Təbrizi kimi, bir tibb alimi, doktoru kimi tanınacaqdım. Amma Sürəyyanın nakam eşqi, ayrılığı məni Şəhriyar edib.

– Bakıdan bu müqəddəs məkana gəlib-gedən varmı?

Çox, lap çox…

– Bakıya bir sözünüz varmı?

– Sülh, əmin-amanlıq diləyirəm. Yurd-yuva həsrətlilərinə həsrətlərinə qovuşmağı arzulayıram…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kanada həkimləri etiraz edirlər – Maaşa görə

Next Post

8 mart günü ər arvadının qabırğalarını sındırdı – Bakıda

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
8 mart günü ər arvadının qabırğalarını sındırdı – Bakıda

8 mart günü ər arvadının qabırğalarını sındırdı - Bakıda

Bu dərmanlar ziyandı…- Həkimlər ŞOK SİYAHI yaydı

Bu dərmanlar ziyandı...- Həkimlər ŞOK SİYAHI yaydı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.