"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Binə ticarət mərkəzini kim “çökdürür”?

09 Fevral 2017 - 09:42
in aktual-banner, Banner, Cebhe-banner
Binə” ticarət mərkəzi “çökür”Rəhbərlik isə ticarətçiləri “soyur”; Bazarda mağazaların yarıdan çoxu boşalıb; alıcılar yoxa çıxıb

“Binə” ticarət mərkəzində alış-veriş tamam “ölüb”. Son aylarda çox az sayda alıcı bu məkana üz tutur. Burada dəyişməyən bir şey var ki, o da ticarət mərkəzinin rəhbərliyinin ticarətçilərə qoyduğu maddi tələblərdir. Məhz elə bu hal rəhbərliklə ticarətçilər arasında narazılıq yaradır…
Əvvəlcə onu qeyd edək ki, “Binə” ticarət mərkəzinə gedən yol da çox bərbad vəziyyətdədir. Ticarət mərkəzinə işləyən  azsaylı avtobusların sürücüləri ilə söhbətimiz zamanı onlar söylədilər ki, yol uzun müddətdir təmir olunmur. Buna görə də günü-gündən dağılıb gedir. 
Biz də elə bu çalalı-çuxurlu yol vasitəsilə irəliləyib, nəhayət, ticarət mərkəzinə çatdıq.
Ticarət mərkəzinin müştərisiz qalması elə buranın girişindən də hiss olunur. Belə ki, ilk sıralarda demək olar ki, bütün mağazalar boş qalıb. Bu mağazaların bir qismi əvvəlcədən icarəyə götürülməyib, digər bir qisminin isə boş qalma səbəbi müştərinin olmamasıdır. Nəticədə bazarpulu, icarə haqqı və digər xərcləri ödəyə bilməyən satıcılar  işləməkdən imtina ediblər. Orada olduğumuz zaman müşahidə etdik ki, əksər satıcılar mağazanın içərisində kompüter, yaxud da telefonla məşğuldurlar. Özləri də bildirdilər ki, müştəri olmadığı üçün başlarını bu cür qatırlar.
 
“Binə” ticarət mərkəzində brend mağazalardan tutmuş, ticarətin nisbətən yaxşı getdiyi söylənilən orta sıraları da gəzdik. Ancaq demək olar ki, müştəriyə rast gəlmədik. 
 
Satıcı Əsgər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, vəziyyətləri getdikcə pisləşir. Rəhbərlik isə yer pulunda güzəştə getmək fikrində deyil:
“Özünüz gördüyünüz kimi iş getmir. Dolların hər gün bahalaşması isə bizi lap pis vəziyyətə salıb. Bu boyda ticarət mərkəzində alver az da olsa orta sıralarda gedir. Burada belə gün ərzində heç 50 manat xeyrimiz olmur. Buna baxmayaraq, icarə haqqı, bazarpulu dəyişmədən qalıb. Əksinə, rəhbərlik icarə haqqını artırıb.  Belə ki, sıradan asılı olmayaraq buradan yer götürmək istəyirsənsə, 900 manat bazarpulu ödəməlisən. Bundan əlavə, 500 manat da mağazanın yiyəsinə icarə haqqı verməlisən. Məsələ bununla da bitmir. 250 manat vergiyə, 10 manat hər ay mühafizəyə, 20 manat da internetə veririk. Bütün bunlardan başqa  işıq pulu, karqo pulu da var.  Kondisioner işlədənlər 100 manatdan çox elektrik pulu ödəyirlər. Heç bir mağazada sayğac yoxdur. Bu isə az elektrik işlədənlə çox işlədənin arasında fərq qoymur.  Dolların qiyməti qalxdıqdan sonra  məcbur olub, malı baha satırıq. Onsuz da bura müştəri az gəlirdi, indi isə heç gəlmir. Bir sözlə, vəziyyət çox pisdir”.
“Binə”də maraqlı olan odur ki, digər sıralar boşalsa da, 4-cü, 5-ci sırada boş mağazaya rast gəlmədik. Satıcılar bildirdilər ki, elə ticarət mərkəzinin yalnız bu sıraları doludur. Ona görə də burada icarə haqqını aşağı salmırlar. Məsələ ondadır ki, bu sıralara malı zor-xoş “Binə” rəhbərliyi özü verir.
İcarə haqqının baha olmasına baxmayaraq, müşahidə etdik ki, ticarət mərkəzində təhlükəsizlik tədbirləri, təmizlik çox aşağı səviyyədədir. İlk sıralar demək olar ki, təmirsiz vəziyyətdədir. Bundan əlavə, ticarət mərkəzinə  daxil olanlar heç bir xüsusi alətlər vasitəsilə yoxlanılmır.  İçəridə də mühafizəçilərə rast gəlmədik. Əksər mağazalarda müşahidə kameraları da mövcud deyil. Bəlkə də buna görədir ki, ticarət mərkəzində tez-tez yanğınlar baş verir.
 
Satıcı Elxan bildirdi ki, dəfələrlə rəhbərliyə narazılıqlarını bildirsələr də faydası yoxdur: “Ötən ilin əvvəllərində satıcılar yığışdılar, aksiya keçirdilər. Deyirdik ki, ticarət yoxdur. Heç olmasa yer pulunu aşağı salın. Ancaq heç bir faydası olmadı. Deyirlər ki, istəmirsən çıx get. Bundan əlavə, ticarət mərkəzinə çox az sayda avtobus işləyir. Bütün avtobuslar ”Sədərək” ticarət mərkəzinə qədər gəlir, oradan da geri qayıdır. Son vaxtlar ümumiyyətlə alıcılar və ticarətçilər “Sədərək”ə üz tutur. Çünki orada həm alıcılar, həm tə satıcılar üçün əlverişli şərait var.  Bura işləyənlərin hamısı mini avtobuslardır. Müştərilər aldıqları malları həmin avtobuslar vasitəsilə apara bilmirlər. Çünki tutumu azdır. Yəni bütün bu kimi hallar nəticəsində burada alver yoxdur, ölüb. Ona görə də buradan hər kəs çıxıb gedir. Elə mən də getməyi planlaşdırıram”.
Onu da qeyd edək ki, paytaxtdadan ticarət mərkəzinə gələn “207″ nömrəli marşrut xətti də artıq bağlanıb.
Əli RAİS
Fotolar müəllifindir






Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

SOS: İran Azərbaycanda çevriliş hazırlayır

Next Post

Metropoliten 3 tenderdən imtina etdi

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Metropoliten 3 tenderdən imtina etdi

Lapşinin anası Azərbaycana gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.