"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Binə və Sədərək yarmarkaları çökürlər

02 Noyabr 2015 - 07:48
in SOSİAL

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Bakının ən böyük iş mərkəzi – Binə və Sədərək yarmarkaları ağır günlərini yaşayır. ANS PRESS-in məlumatına görə, 50 minə yaxın adamın işlədiyi bu iş mərkəzlərində alış-verişin dayanması üzündən gəlirlər çox aşağı düşüb. Alverçilər günlərlə heç nə sata bilmədiklərindən şikayət edirlər.

Milli.Az anspress-ə istinadən bildirir ki, dükan işlədənlər kvadratmetr üçün 15 manatdan başlayan kirayə haqqını ödəyə bilmirlər. Sədərəkdə mağazaların kirayə haqqı min manata qədər, Binədə isə bir neçə min manat ətrafında dəyişir. Günlərlə alver edə bilməyən dükan sahibləri biznesi tərk etməyə məcbur olurlar. Bəzi dükan sahibləri isə öz obyektlərini satışa çıxarıblar. Hər iki yarmarkada yüzlərlə mağaza boşdur.

Bazarda alverin zəifləməsinin əsas səbəbi kimi Rusiya rublunun ucuzlaşması göstərilir. Rusiyaya daxil olan Dağıstan Respublikasının əhalisi artıq bu bazarlara gəlmir. Onlar rublun ucuzlaşmasından sonra Binə və Sədərəkdən mal aparmağı əlverişsiz olduğunu deyirlər.

Hazırda Rusiyada 1 dollar 64 rubla bərabərdir. Sanksiyalardan öncə – dolların 34 rubla bərabər olduğu zamanlar Dağıstan toyları üçün bütün zərgərlik və cehiz əşyalarını Binə və Sədərəkdən alınırdı. Bunun üçün kəndlərdən belə, xüsusi “Qazel”lər tuturdular və Bakıya gəlirdilər. Alverçilər isə yarmarkalara, demək olar ki, hər gün işləyən avtobuslarla gəlirdilər.

Dağıstana Bakının Sədərək və Binə bazarlarından gedən mal o qədər azalıb ki, bu, ciddi bahalaşmaya səbəb olub. Rusiya Federasiyasına daxil olan bu Qafqaz respublikasında sentyabrda qeyri-ərzaq mallarının orta qiymətində ciddi bahalaşma qeydə alınmasa da, bir sıra məişət əşyalarının qiyməti 10 faizə qədər artıb. Bahalaşma toy üçün lazım olan əşyalarda – zərgərlik məhsullarında, xalçalarda, mebel və qab-qacaqda müşahidə edilir. Ay ərzində dolların rubla nisbətən 6%-ə qədər ucuzlaşması da nəzərə alınarsa, dollar səviyyəsində 15 faizə qədər bahalaşma olduğunu söyləmək olar.

Sədərək və Binə digər ölkələrdən gələn müştərilərini də itirib. Qazaxıstan və Gürcüstanda baş vermiş devalvasiya vəziyyəti bir qədər də gərginləşdirdi. Şəhərdən bu yarmarkalara gedən bəzi avtobus marşrutlarının bağlanması müştəri sayını xeyli azaltdı. Yarmarkalara rahat gələ bilməyən müştərilər alış-verişi şəhər daxilində etməyə başladılar.

İqtisad Universitetinin professoru Zahid Məmmədov hər iki yarmarkada vəziyyəti düzəltməyi mümkün sayır. “Hər iki ticarət mərkəzində canlanma yaratmaq üçün dükanlara dəymədən ciddi yenidənqurmaya ehtiyaj var. Artıq 1990-cı illərin yarmarka dövrü bitdi. Hər iki ticarət mərkəzində ekoloci mühiti yaxşılaşdırmağa böyük ehtiyac var. Müştərilərin hərəkət zolağından arabaların, xaçapuri, peraşki satanların çıxarılmasına da ehtiyac var”,- deyə professor bildirib.

Onun sözlərinə görə, bunun əvəzində dükanların arasında ailələr üçün, xüsusilə də uşaqları nəzərə alan müasir əyləncə məkanları yaratmaq lazımdır: “Bu məsələdə İstanbulun, Moskvanın təcrübəsi nəzərə alınmalıdır. Ticarət mərkəzlərinə modern ictimai nəqliyyat növlərinin hərəkəti təşkil edilməlidir. Xüsusi parkinq yerləri yaradılmalıdır ki, müştərilər sərbəst hərəkət edə bilsin. Bunun üçün xaricdən mütəxəssislər də dəvət eləmək lazımdır”.

Hökumət problemin həlli üçün kəskin addımlar atmalıdır. Hər halda, Binə və Sədərəkdə 10 minə yaxın mağaza var. Hər dükanda orta hesabla 5 adamın çalışdığı nəzərə alınarsa, 50 minə yaxın ailənin böyük çətinliklə üzləşdiyini ehtimal çətin etmək deyil.

Üstəlik, Sədərək və Binə Azərbaycandan qeyri-neft məhsullarının ixracatında böyük rol oynayırdı. Bu bazarlardan ixrac edilən geyüimlərin, məişət əşyalarının, avadanlıqların böyük hisəsi Bakıdakı sexlərdə istehsal edilirdi. Bu bazarlarda alverin dayanması həmin sexlərin də işinin dayanması və əməkdaşlarının işsiz qalması deməkdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İt yeni doğulan uşağı xilas etdi (FOTO)

Next Post

Barmaqlarınızın formasına görə xarakterinizi deyirik!

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Barmaqlarınızın formasına görə xarakterinizi deyirik!

Nazirdən sahibkarlara şad xəbər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.