Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Elchi.az xəbər verir ki, bu barədə Binəli Yıldırım X hesabında yazıb.
“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü mübarək olsun”, – o bildirib.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür.




