Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu Türkiyənin Bursa şəhərində öz işinə başlayıb.
Elchi.az-ın xəbər verir ki, bu barədə TDT-nin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, açılış mərasimində çıxış edən TDT-nın Baş katibi Bağdad Amreyev təşkilata üzv ölkələrin dünyada 20 milyonluq diasporunun olduğunu qeyd edib: “Bu potensialın düzgün istiqamətləndirilməsi və aktivləşdirilməsi bizim institutlarımızın bir-biri ilə əməkdaşlıq etməsi üçün çox vacibdir”.
Öz növbəsində təşkilatın Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə TDT-nin böyük coğrafiyaya sahib olduğunu xatırladıb.
“Türk Dövlətləri Təşkilatı dedikdə, Balkanlardan Çinə qədər əsrlər boyu bəşəriyyətin xidmətində olan, Avropa və Asiya qitələrini birləşdirən bir coğrafiyadan bəhs edirik”, – o bildirib.







