
Diqqətli oxucular yəqin xatirlayırlar ki, hələ ötən ilin dekabrinda Goradil qəsəbisi ərazisindəki Binəqədi inzibati rayonunun bağ massivində mülk sahibi olan vətəndaşlar Xaləddin İsgəndərovun qanunsuz əməlləri ilə üzləşmişdilər. Belə ki, adıçəkilən arazidən Elchi.az-ın rdaksiyasına Əhməd Mirtagiyev adlı oxucumuzdan şikayət məktubu daxil olmuşdu. Şikayətçinin göndərdiyi məktubdan aydın olunurdu ki, Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları qanuni yolla əldə olunan sənədli torpaqlarin və mülklərin həyətyanı divarlarını uçururlar. Redaksiyamız işə qarışandan sonra Rayon İcra hakimiyyətindən vətəndaşlara bildirilmişdi ki, ərazi dövlət ehtiyatlarına alınaraq yol tikintisi üçün istifadə olunacaq. Eyni zamanda ərazisi yol tikintisinə düşən vətədaşlara kompensasiya da ödəniləcəyi vəd olumuşdu.
Bugünlərdə redaksiyamıza yenidən müraciət edən Əhməd Mirtagiyev bildiri ki, digər sakinlər kimi onun da torpağının bir hissəsi yol tikintisinə düşüb. İtirdiyi ərazi üçün ona İH-dən nəinki kompensasiya ödənilib, əksinə yerdə qalan torpağını da qanunsuz olaraq onun əlindən almaq istəirlər: “Mənə İH-dən dedilər ki narahat olmayın, yol tikintisi başa çatan kimi sizə kompensasiya da veriləcək və yerdə qalan torpaqlarınızda iş də apara biləcəksiniz. Prezidentin əraziyə yol açılışı üçün səfərini ğözləyirik. Bundan sonra ərazilərinizdə istənilən işi apara bilərsiniz“.
Məlum olduğu kimi Sumqayıt-Pirşağı yolu hələ bir neçə ay bundan əvvəl istifadəyə verilsə də sakinlər yenə də əraziyə buraxılmır. Bu dəfə harınlamış məmurların gözü deyəsən vətəndaşların torpağına düşüb. Hətta qorxmadan və çəkinmədən prezidentin adından istifadə edirlər. Torpağında tikinti işləri aparmaq istəyən vətəndaşıara bildirilir ki, guya prezident bu yerlərdə nəsə etmək istəyir və o üzdən burada kimsə nəsə edə bilməz. Halbuki, həmin ərazilər dəniz kənarından 500 metrdən də cox aralıda yerləşir və dənizlə bu ərazini iş adamlarının böyük istirahət kompleksləri ayırır. Bu ərazilər prezidentin nəyinə lazımdır ki? Lap tutaq ki, prezident bu tapşırığı verib, məgər o İcra hakimiyyətinə göstəriş verib ki, əhalinin qanuni torpaqları qanunsuz yollarla zəbt olunsun?

Elchi.az-ın əməkdaşının hadisə yerindən çəkdiyi bu fotoya diqqətlə baxın. Fotodan da aydın görünür ki, arxa tərəfdəki torpaqda (dənizin kənarinda) tikinti olduğu halda yeni salınan yolun kənarındakı qanuni sənədləri olan ərazidə ( dənizdən 500 metr kənarda) vətəndaşlara qanunsuz olaraq tikinti işləri aparilmaga İcra hakimiyyəti tərəfindən icazə verilmir. Əcəba, görəsən vətəndaşları sosial etiraza hazırlayan Binəqədi icra hakimiyyətinin məqsəd-məramı nədir? Hərəkətləri onsuz da devalvasiyadan ziyan çəkən, bank girovlugundan hələ də canını qurtara bilməyən sadə vətəndaşları hakimiyyətdən üz döndərməyə çagırış olan Binəqədi İcra Hakimiyyəti kimə və nəyə xidmət edir? Sizə təqdim etdiyimiz bu fotolardan aydın görünür ki, burda yalnız bir məqsəd var. Necə olursa olsun, vətəndaşların mülkləri əllərindən chixarilsin və baha qiymətə bashqalarina satılsın. Sənədlərlə tanış olduqdan sonra belə deyə bilərik ki, bu Binəqədi icra hakimiyyəti başçısının növbəti oyunudur. Axı insanlar qanuni torpaqlarına niyə buraxılmamalıdır ki?
Mövzuya qayıdacağıq.
Elchi.az




