“Arılar meşələrin geniş yayıldığı ərazilərə uçmağa meyllidirlər”.
Elchi.az xəbər verir ki, bu barədə Oreqon Universitetinin mətbuat xidməti məlumat yayıb.
Son illərdə alimlər tozlandırıcıların qlobal azalmasından narahatdırlar. Bu, nəinki biomüxtəlifliyin azalması üçün təhlükə yaradır, həm də xüsusilə inkişaf etməmiş ölkələrdə kənd təsərrüfatına zərər verə bilər. Ümumiyyətlə, tozlandırıcılar yer üzündəki çiçəkli bitkilərin təxminən 90 faizinin çoxalmasına kömək edir.
Jim Rivers və həmkarları əkindən 40 il sonra təkrar emal üçün kəsilən Duqlas küknar plantasiyalarında arı populyasiyalarının necə dəyişdiyini öyrəniblər. 2018 və 2019-cu ilin yaz-yay aylarında alimlər müxtəlif yaşlarda olan 60 Duqlas küknar plantasiyasında yerli arıları tədqiq ediblər. Müəyyən edilib ki, arıların ümumi sayı və onların növlərinin sayı plantasiyaların yaşı ilə əhəmiyyətli dərəcədə azalmış, ağac kəsildikdən sonra hər beş ildən bir orta hesabla müvafiq olaraq 61 və 48 faiz azalıb.
Meşələrin qırılması arıların müxtəlifliyinə töhfə verə bilər. Alimlərin fikrincə, meşələrin qırılmasından sonrakı ilk illərdə açıq sahələrin yaradılmasına və çiçək ehtiyatlarının artırılmasına kömək edən idarəetmə tədbirləri, ehtimal ki, gələcəkdə meşə landşaftlarında arıların müxtəlifliyinə töhfə verəcək.
Müəlliflər ümid edirlər ki, bu nümunənin kəşfi arıların qorunması istiqamətində səylər göstərməyə imkan verəcək.
Yeganə





