"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bir çox hallarda işçi qrupun üzvləri konstitusiyanın əsas tələblərinə diqqət yetirmirlər”

29 Noyabr 2022 - 13:48
in MANŞET

Qüdrət Həsənquliyev: “Halbuki istənilən qanun layihəsi hazırlananda əsas diqqət konstitusiyaya yönəlməlidir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Mən bir neçə təklif vermişdim. Amma biz hörmətıi Əli Hüseynli ilə bu məsələlərlə bağlı müakirə apardıq. Hazırda 5.3-cü maddəyə münasibət bildirmək istəyirəm. Əvvəllər də demişəm ki, bizdə qanun layihələri hazırlananda bir çox hallarda işçi qrupun üzvləri konstitusiyanın əsas tələblərinə əməl etmirlər, diqqət yetirmirlər. Halbuki istənilən qanun layihəsi hazırlananda əsas diqqət konstitusiyaya yönəlməlidir”.
Elchi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Parlamentin hüquq siyasəyi və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin pleanar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü hissəsində qeyd olunur ki, Azərbaycanda 4 halda insan hüquq və azadlıqları qismən, həm də müvəqqəti məhdudlaşdırıla bilər: “Bu dörd haldan biri fövqəladə vəziyyət zamanıdır. İkincisi müharibə vəziyyəti, üçüncüsü hərbi vəziyyət və səfərbərlik elan olunduqda. Yəni bu hallarda insan hüquqları məhdudlaşdırıla bilər. Ölkədə epidemiya olduğu təqdirdə isə mütləq fövqəladə vəziyyət elan olunmalıdır. Bu da konstitusiyanın 112-ci maddəsinin tələbidir. Mən əvvələr də bu məsələni qaldırmışam. Düzdür Azərbaycanda karantin rejimi elan olundu. Karantin rejimini elan etmiş Operativ Qərargahın statusu bəlli deyildi. Aydın deyildi ki, onun hansı səlahiyyətləri var. Bu, kim tərəfindən yaradılıb? Bu günə qədər də bəlli deyil ki, Prezident, Nazirlər Kabineti yaradıb, yaxud Baş Nazir öz qərarı ilə yaradıb? Sadəcə mətbuatda deyildi ki, Operativ Qərargah yaradılıb. Onun üvləri kimlərdir, sədri kimdir, bu günə qədər bəlli deyil. Baxmayaraq ki pandemiya iki ildən artıq davam edib, bu gün isə bitmiş hesab eləmək olar. Ona görə mən, əvvəllər də bildirmişdim, 5.3-cü maddədə yazılır ki, fövqəladə və yaxud hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin elan edilməsi müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır. Amma bu burada yazılmalı, yaxud bir göndərici norma olmalı idi. Yazılmalı idi ki, konstitusiyanın 71-ci maddəsinin 3-cü hissəsində göstərilən hallarda, yəni insan hüquqlarının məhdudlaşdırılması ombudsmanın hər hansı bir hüququnu məhdudlaşdırmır, bu ombudsmana şamil olunmur. Bununla da məsələ bitməli idi. Amma burada, ümumiyyətlə isə bu gün, qanunvericilikdə sanitariya, gigiyena və karantin rejimi deyilən bir şey yoxur. Yəni bunun hüquqi rejimi hər hansı bir rəsmi normativ hüquqi aktla bəlli deyil. Belə olmadığı halda biz bunu bu formada konstitusiya qanununa bu formada daxil etməyimiz dügün deyil. Mən bu məsələni qaldırmışdım. Amma çox təəssüf ki, görünür hörmətli Əli Hüseynli bunu razılaşdıra bilməyib. İndi bir daha bu məsələni qaldırıram ki, bunu 3-cü oxunuşa qədər biz bu məsələni kim ki, qanunvericilik təşəbbüsü ilə çıxış edib, onların qarşısında qaldıraq və bunu konstitusiyaya uyğunlaşdıraq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Güneyli fəal Astarada həbs edildi

Next Post

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

NATO: Biz Ukraynaya dəstək verməkdən geri çəkilməyəcəyik

NATO: Biz Ukraynaya dəstək verməkdən geri çəkilməyəcəyik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.