"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bir dəfə də Şəhidlər Xiyabanına getməmişəm” – Qabil Abbasoğlu

18 Noyabr 2014 - 22:02
in MƏDƏNİYYƏT

Qabil Abbasoğlu – ilk baxışda sərt görünsə də, çox sadə və səmimi insandır. Müsahibə almaq istədiyimi 26359deyəndə “Qardaşoğlu, bu aralar yubley ərəfəsində qaçhaqaçdayıq. Amma mütləq sənə müsahibə verəcəm” – dedi. Sözünü üstündə durdu və müsahibəni verdi. Beləliklə, Aktual.Az-ın “Media kapitanları” layihəsinin bugünkü qonağı Lent.az saytının baş redaktoru Qabil Abbasoğludur.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

– Qabil Abbasoğlu imzası niyə az görsənir? 

– Haqlısınız, az yazıram. Amma ciddi səbəblərim var. İnzibati iş, idarəçilik həm vaxt, həm də xeyli artıq diqqət tələb eləyir. O baxımdan, yazmaq imkanım yoxdu. Amma doğrusu, daha çox yazmaq həvəsi əvvəlki kimi deyil. Yalnız istisna mövzular ola bilər ki, məni insan, vətəndaş kimi ciddi şəkildə silkələsin və reaksiya verim. O hallarda yazıram…

– Neçə ildir jurnalistikada külüng çalırsınız. Yorulmursunuz? 

– Yox. Jurnalistikaya olan həvəsim, bu peşəni sevməyim məni yorulmağa qoymur.

– Yazılı media niyə online mediaya uduzur? 

– Ümumiyyətlə, dünənki hər şey bugünkünə uduzur. İnkişaf hər zaman üstündü, qabaqcıldı, cəlbedicidi və ən mühümü – rahatlıq deməkdi. Oxucu komfortu deyilən məfhum da burda özünü göstərir. Amma məncə, ən vacib fərq – sürətdi. Biz sürət əsrində yaşayırıq. İnformasiyanı saniyələrin işində almaq mümkündüsə, buna dəqiqələr, yaxud saatlar ayırmaq, sadəcə olaraq, sərf eləmir. Üstəlik, online media xəbəri bir gün fərqlə deyil, anındaca, necə deyərlər, isti-isti almaq imkanı yaradır. Bu qədər aşkar fərq var.

– Niyə mediada şəhidlər, Qarabağ mövzusunda yazılara çox yer ayrılmır… 

– Doğrusu, bu qənaətinizlə razı deyiləm. Azərbaycan mediasında bu mövzuya kifayət qədər yer ayrılır. Konkret olaraq Lent.az-da isə bu mövzu heç vaxt diqqətdən kənarda qalmayıb, əksinə, gözlə görünəcək qədər böyük yer vermişik. İndiyədək Qarabağ, şəhidlərimiz, işğalda olan torpaqlar mövzusunda bir neçə iri layihələrimiz olub. “Kəşfiyyatçının xatirələri”, “Döyüş tarixi”, “Döyüşçü gündəliyi”, “Əsir düşərgəsi” və başqa layihələrimiz bu gün də davam edir. 3 il ərzində hər gün “Milli Qəhrəmanlarımız unudulmur” rubrikasında qəhrəmanlarımızın ad günlərini anım yazısı ilə xatırlamışıq. Bu borc unudulacaq borc deyil…

– Qarabağla bağlı nə düşünürsüz? 

– Məkan olaraq, pafoslu çıxmasın, Azərbaycanın baş tacı hesab edirəm Qarabağı. Münaqişəni nəzərdə tutursuzsa, o torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır və qaytarılacaq. Mən buna çox inanıram. Bir vacib məsələni hər zaman qeyd etmişəm – Azərbaycan tarix boyu, xüsusilə, 20-ci əsrdə bir neçə dəfə torpaq itirib. Amma heç birində bu qədər dirənməyib, hərbi-siyasi-hüquqi mübarizə bu səviyyədə aparılmayıb. İlk dəfədi ki, Azərbaycan dövlət şəklində, xalq olaraq, öz torpaqlarının itkisiylə razılaşmır, dirəşir, geri çəkilmir, hətta deyərdim ki, bəzi planlarda üstün mövqedə dayanır. Bu, məndə ciddi inam yaradır. Beynəlxalq siyasətdəki şərtləri, coğrafi-siyasi mövqeyimizi, iqtisadi imkanlarımızı və başqa amilləri də nəzərə alsaq, belə həssas durumda olan bir ölkə üçün öz haqlarını ardıcıllıqla müdafiə etmək çətin görünə bilər. Lakin dövlətimiz, xalqımız və dünyadakı dostlarımız bu məsələdə vahid, prinsipial mövqe ortaya qoyaraq, inamla çalışırlar. İnanıram ki, yaxşı olacaq.

– Bildiyim qədər Şəhidlər Xiyabanını ziyarət etmirsiniz… 

– Elədir. Hələ bir dəfə də Xiyabana getməmişəm. Şəhidlərimizin hər birini millətimizin ən dəyərli övladları, ən şirin nemət deyilən canını vətən üçün vermiş insanlar hesab edirəm və onların qarşısında baş əyirəm. Amma illər öncə içimdə bir qərar vermişəm – ora mənimçün dünyanın ən müqəddəs yeridir. Ora əliboş gedə bilmərəm. Ömür vəfa eləsə, heç olmasa, Laçından bir ovuc torpaq götürüb gedəcəm ora…

– İstirahətə və övladlarınıza yetərincə zaman ayıra bilirsinizmi?

– İstədiyim qədər yox. Mən çox məşğul və ciddi vaxt defisiti yaşayan adamam. Hər yerə və hər kəsə yetişmək ehtiyacı var içimdə. Bilirəm ki, çətindi, amma başqa cür ola bilmirəm. Ümumiyyətlə, tip olaraq ev adamı deyiləm mən. Amma təbii ki, məsuliyyətini daşıdığım insanların, o cümlədən övladlarımın maddi və mənəvi ehtiyaclarını qarşılayıram bacardığım qədər. İki oğlum var. Hər biri ilə dost kimiyəm. Bir yerdə ola bildiyimiz vaxtı maraqlı keçirə bilirik. İstirahət isə… insanların istirahət anlayışları fərqlidi. Məsələn, mən işdə olaraq da istirahət eləyə bilirəm. Bəzən insan bir anın içində illərin gərginliyini, ağırlığını ata bilir. Formal olaraq harasa gedib istirahət eləməyi nəzərdə tutursuzsa, bu cür istirahətə çox zamanım qalmır.

Tural Balabəyli/Aktual.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Obamanın son bəyanatı – İŞİD nüvə silahı əldə edə bilər

Next Post

Baş nazirin “altıncı hissi” onu ölümdən necə qurtarıb?

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Baş nazirin “altıncı hissi” onu ölümdən necə qurtarıb?

UEFA-dan ŞOK rəy : Azərbaycana qarşı qapıçısız da oynamaq olar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.