"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bir gün Akif Çovdarovla görüşməli oldum, o məni dinlədi və…”

24 Noyabr 2015 - 17:12
in XƏBƏR LENTİ

“Akif Çovdarovla işləyən, hətta vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, onunla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə…?”

Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN olayları ətrafında yaranmış durumla bağlı fikirlərini yaraq saytımıza göndərir. İndi isə o,Moderator.az – a müəllif yazısının davamını göndərib:
“…Yazmışdım ki, “yoxsa iş adamlarının başında qoz sındıran, onları öz kapitallarını xarici ölkələrə qaçırmağa məcbur edən vergi, gömrük, reyestr  orqanları başdan-ayağa çoxdan şumlanmalı idi. Ancaq şumlanmır. Niyə?”
Şumlasalar, yerində nə qalacaq?
Dövləti kimlərlə idarə edəcəklər?
Çirkaba batmayan idarə, vəzifəli şəxs qalıbmı?
Görünür, vəziyyətin islah edilməzliyini, mövcud strukturlarda təmizləmə -“islahat” aparılmasının səmərə verməyəcəyini dərk etdiklərindən “ASAN XİDMƏT”lə bunu asanca düzəltməyə çalışırlar.
Bu isə dövlətçilik təfəkkürü, idarəçilik prinsipləri ilə daban-dabana ziddir.
Sabah “Asan”da da indiki vəziyyət yaransa, bu isə tamamilə mümkündür, onda nə edəcəklər? “Ən asan”, “Lap asan”, “Tam asan”mı yaradacaqlar…
Yox, dostlar, dövlət belə idarə edilmir. 
İndiki vəziyyətin bir əsas səbəbi var. Siz qapalı sistem yaratdınız. Bununla da fəxr edib, döşünüzə döydünüz. “Bu ölkədə müxalifət olmayacaq”, “Artıq bu ölkədə müxalifət yoxdur”— deyib,  bayram etdiniz. Bununla öyündünüz.
Azad mətbuatı, azad sözü sıradan çıxardınız, haqqı yazan qəzetlərin bir hissəsini pulla ələ aldınız, bəzilərinin rəhbərlərinin yatağına girib şantaj etdiniz, birilərini də iqtisadi məngənəyə salıb susdurmağa çalışdınız.
Bir sözlə, haqqı deyən dilləri kəsdiniz. Haqqı eşitmək istəmədiniz. Xüsusilə də, haqqı, həqiqəti müxalifət deyir deyə, qulaq asmadınız, həqiqətləri gözardı etdiniz.
Gəminin dibini deşənlərə seyrçi qaldınız.
Seyrçi qalmaqla da kifayətlənmədiniz. Onları ödülləndirdiniz, orden-medal verdiniz. Cinayətləri haqqında palaz-palaz məqalə yazılanları yeni, daha yüksək vəzifələrlə şərəfləndirdiniz. Bununla da sanki XALQa, onu adam yerinə qoymadığınızı, onu saymadığınızı eşitdirmək, göstərmək istədiniz. Xalq da sizin niyyətinizi başa düşdü, kənara çəkilib baş verənləri seyr etmək “modu”na keçdi, seçkini boykot etdi, hakimiyyəti meydanda beynəlxalq və daxili güclər qarşısında tək qoydu, üzbəüz buraxdı.
Özünüzə qapandınız.
Unutdunuz ki, müxalifət, haqq söz hakimiyyətlərin vicdan səsidir, daxili qorxu hissidir.
Bu hisslərdən məhrum olan  insan ağır cinayətlər törətməkdən çəkinmədiyi kimi, hakimiyyətlər də beləcə, korrupsiya, rüşvətə uyur və sonda cinayət törədən insanı gözləyən taleni, batdıqları çirkabda məhv olma taleyini yaşamağa məhkum olurlar.
Bu gün MTN-lə bağlı baş verənlər, doğrudanmı dövlətçilik naminə edilir?
Doğrudanmı, cənab Eldar Mahmudov və həmkarlarının cəzalandırılmaları böyük-dövlətçilik ideallarına görə edilir?
Baş verənlər bunun belə olmadığını göstərir.
Məsələn, Akif Çovdarov.
İndi hamı onun kölgəsini də qılınclayır.  Bəlkə də əllərinə düşsə, linc edərlər.
 Ancaq mən, az qala bütün bəlalarımızın və ölkəmizdə baş verən qanunsuzluqların səbəbkarı kimi göstərilən bu adam– bu “zorən cinayətkar” haqqında  fərqli fikirdəyəm.
Daha çox “Nehrəmli iş adamı” kimi tanınan Hacı İbrahimin sifariş etdiyi, bəli-bəli məhz sifariş etdiyi Vaqif adlı bir iş adamını xilas etmək üçün bir gün Akif Çovdarovla görüşməli oldum. O məni dinlədi və…
Vaqif həyatını indi Afrikanın Syer-Leone dövlətində “ebola” virusuna yoluxmaq təhlükəsi altında davam etdirir.
Ancaq bu barədə danışmadan öncə, bir sualın da müzakirəsinə sizləri dəvət etmək istəyirəm: işdən azad edilənədək  Akif Çovdarovla işləyən, hətta vaxtilə  MTN-dən uzaqlaşdırılsalar da, onunla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, Prezidentə və ya səlahiyyətli vəzifəli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında  xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
Onların kimliyi sizlərə məlumdurmu?
Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün  potensial təhlükə deyilmi?
Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?
Ümumiyyətlə, dövlətimizi xərçəng kimi məhv etməkdə olan bu korrupsiya sisteminə qarşı əvvəlcədən düşünülmüş, planlaşdırılmış bir taktika işlənibmi?
İndi baş verənlər bir azdan mafiyalararası davaya, küçə atışmalarına, qətl və qarətlərə çevrilə bilərmi?
Yoxsa hər şey  dövlətçiliyin tələb etdiyi qaydada, qanunlar çərçivəsində davam edəcəkdir?
Artıq müstəqil olmadığı, obyekt kimi, sifarişlə fəaliyyət göstərdikləri bütün dünyaya bəlli olan məhkəmə sistemimizdə  bütün bunlar mümkün olacaqmı?
Suallar çoxdur.
Hamısı da cavab istəyir.  Biz də cavab verməyə çalışırıq. İzləyin…”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rus döyüş gəmisi Türkiyə sularına daxil oldu

Next Post

Ərdoğan Putinə meydan oxudu: `Yaxşı etmişik…`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan Putinə meydan oxudu: `Yaxşı etmişik...`

İlham Əliyevdən sərt çıxış: `Haradadır mərhəmət, ləyaqət?`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.