Bir gündə “Maşın” şoudan iki iştirakçı getdi (FOTO)

Bir gündə "Maşın" şoudan iki iştirakçı getdi
“Maşın” realiti-şounun daha bir buraxılışı geridə qalıb.

Elchi.az axşam.az-a istinadən bildirir ki, iştirakçılar bu dəfə müğənni Nadir Qafarzadənin şəklini atıblar.

Bunu da oxuyun

Müğənni səs topladığı təqdirdə kimi çıxaracağını bilmədiyini və oyunun gedişatından asılı olaraq qərar verəcəyini bildirib.

Daha sonra ifaçı şoudan aktyor Sərxan Kərəmoğlunu çıxarmaq istədiyini söyləyib. Buna səbəb isə ötən gün Kərəmoğlunun efirdə Təranə Qumralı təhqir etməsi olub:

“Bu gün də Sərxanın özünə dedim ki, dünən düzgün hərəkət eləmədi. Məni xanım təhqir də etsə, söysə də, mən üzüm çevirib gedərəm. Amma o, belə eləmədi. Ona görə onu çıxaracam”.

Lakin aktyorun maşından əlini götürüb getməsi, müğənninin yeni seçim etməsinə səbəb olub. Çıxılmaz vəziyyətdə qalan N.Qafarzadə rejissor Aqil M.Quliyevi oyundan çıxaracağını söyləyib.

Sonda tamaşaçıların səsverməsi ilə 37,54 faiz toplayan Qafarzadə oyundan özü gedib.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

Qaynarinfo.Az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728