Martın 7-də Fransada keçiriləcək bir günlük ümummilli tətil ölkəyə 1,5 milyard avroya başa gələcək.
Elchi.az xəbər verir ki, bunu Fransa Kiçik və Orta Müəssisələr Konfederasiyasının baş katibi Jan-Ed dü Mesnil deyib.
“Çərşənbə axşamı pensiya islahatına qarşı keçiriləcək bir günlük tətil Fransaya 1,5 milyard avroya başa gələcək”, – Mesnil bildirib.
Qeyd edək ki, fevral ayında Fransa Həmkarlar İttifaqları martın 7-də milli tətil elan edərək, hökumətin pensiya islahatı layihəsini nəzərdən keçirməyəcəyi təqdirdə ölkəni bloklamağa çağırmışdı.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...





