Majoritar, yaxud proposional seçki
2015-ci ilin payızında – noyabrda keçiriləcək seçkilərin hansı formada olması aktual mövzulardandır. Partiyalar qarışıq seçki
sisteminin tətbiq olunmasını arzulayır. Əksər partiyalar bu fikri müdafiə edir. Həm proposional, həm majoritar seçki sisteminin tətbiq olunmasını daha əhəmiyyətli hesab edir və bunu partiyaların inkişafı, seçki prosesinin daha demokratikliyi ilə əlaqələndirilər.
Amma Azərbaycanda parlament bir seçki sistemi üzrə formalaşır. Ona görə də seçicilərin hüquqları bu məsələdə diqqətdən kənarda qalmamalıdır. Prorporsional seçki sistemi partiyalara yönəlik sistemdir və seçicilərin tam etimadını özündə ehtiva edə bilməz. Çünki ümumi partiya siyahısında elə adam ola bilər ki, səs vermək istəyərsən, amma ondan sonra gələn namizədə görə səs verməzsən. Yaxud əksinə, ümumi siyahıya partiyanın adına, rəhbərinə, hər hansı simpatiya bəslədiyin şəxsə görə səs verərsən, amma ordakı digər namizəddən xoşun gəlməz. Nəticədə o səsin hesabına bəyənmədiyin şəxs də parlamanetə düşə bilər. Buna görə də majoritar seçki sisteminin üstünlüyü seçici ilə namizədin birbaşa ünsiyyətinin olmasındadır. Bu da seçicilərin seçim hüququndan öz istədiyi kimi istifadə etməsi deməkdir.
Mühüm məqamlardan biri də digər əhali qruplarının maraqlarının pozulmasıdır. Parlamentdəki yerlərin müəyyən hissəsinin proporsional sistemə ayrılması bitərəflərin, vətəndaş cəmiyyəti sektorunun digər təmsilçilərinin, bütünlükdə əhalinin seçilmək istəyən təbəqəsinin hüquqlarının məhdudlaşdırılmasıdır. Prorposioanl seçki sistemi tətbiq olunarsa, parlamentdə yerlərin sayı mütləq artırılmalıdır ki, status-kvoya təsir etməsin.
Daha orijinal yol isə ikipalatalı parlament sistemidir. Aşağı palataya seçkilər qarışıq sistemlə, yuxarı palataya isə seçkilər majoritar sistemlə keçirilir və bununla da vətəndaşların seçmək, seçilmək hüququ hansısa siyasi qurumların hesabına məhdudlaşdılrılmır.



