"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Birgə Daimi Komissiyanın iclası keçirilib

18 Aprel 2015 - 15:08
in SOSİAL

10998005_851591231566580_6790025594382916254_nAnkara şəhərində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçirilib. Tədbirdən öncə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ehtiramla ziyarət edib, məzarın önünə əklil qoyub.
İclas çərçivəsində S.Müslümov və Türkiyə Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik arasında görüş olub. Görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdem də iştirak ediblər. F.Çelik Türkiyə və Azərbaycan arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla həyata keçirildiyini, əvvəllər imzalanmış sənədlərdə nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin aparıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olunduğunu bildirib. O, qarşıdakı dövrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini, bu məqsədlə lazımi səyləri göstərəcəklərini qeyd edib.
S.Müslümov nazirliklər arasında müvafiq fəaliyyət sahələri üzrə həyata keçirilən əməkdaşlığın, qarşılıqlı məlumat və təcrübə mübadilələrinin səmərəli olduğunu bildirib. Nazir əlavə edib ki, bu əməkdaşlıq ölkələrimizdə əmək, əmək miqrasiyası, məşğulluq, əmək bazarının inkişafı, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində aparılan işlərdə öz faydasını verir. S.Müslümov bildirib ki, Birgə Daimi Komissiyanın bu iclası qeyd olunan sahələrdə görülən işləri nəzərdən keçirməklə yanaşı, əlaqələrin genişləndirilməsi üçün müzakirələrin aparılmasına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə də imkan yaradır.
Görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan Sazişin əhəmiyyəti və qeyd olunan sahədə əlaqələrin inkişafında yeni mərhələ açdığı yekdilliklə vurğulanıb, sənədin icrası məqsədilə aparılan məqsədyönlü işlərdən söz açılıb.
Hər iki qurumun nümayəndə heyətlərinin iştirakı ilə keçən iclasda Birgə Daimi Komissiyanın ötən 7-ci iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin icrası istiqamətində görülən işlərin nəticələri nəzərdən keçirilib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası tərəfindən əmək və sosial müdafiə mövzuları üzrə Bakıda keçirilən tədbirlər, bu tədbirlər çərçivəsində görüşlər, onların nəticələri müzakirə edilib, həmin tədbirlər zamanı göstərilən həmrəylik barədə razılıq ifadə olunub.
İclasda aparılan müzakirələrin yekunu olaraq, F.Çelik və S.Müslümov əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq istiqamətlərini əhatə edən Protokolu imzalayıblar. Protokolda tərəflərin əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrindəki qanunvericilik və onun tətbiqinə dair dəyişikliklərlə bağlı bir-birlərini məlumatlandırmaqda davam edəcəkləri bildirilir. Sənəddə əmək və məşğulluğa dair qanunvericilik və onun tətbiqi, əmək fəaliyyətinin rəsmiləşdirilməsi formaları, qeyri-leqal məşğulluğun azaldılması sahəsində tədbirlər, üçtərəfli komissiyanın yaradılması, peşə bacarıqlarının artırılması, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində mövcud vəziyyətin tədqiqi, əməyin mühafizəsi normaları və standartları üzrə milli informasiya sisteminin yaradılması, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, sosial sığorta sisteminin təkmilləşdirilməsi və digər sahələrdə məlumat, təcrübə və mütəxəssis mübadiləsinin aparılması əksini tapır. Eyni zamanda, Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi, hər iki nazirliyin səlahiyyət dairəsində olan məsələlərə dair birgə tədbirlərin, layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması kimi istiqamətlər də Protokolda yer alıb.
Görüşdən sonra nazirlər tədbir barədə media nümayəndələrinə məlumat verərək onların suallarını cavablandırıblar.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni əsgərləri ölüm ayağındadır

Next Post

“Azərbaycanın enerji layihələri həm Gürcüstan, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir”

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

"Azərbaycanın enerji layihələri həm Gürcüstan, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir"

Ermənilərə qadağa

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.