"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Birincilik zirvəsində

04 Noyabr 2016 - 17:41
in KÖŞƏ YAZILARI, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Картинки по запросу aztv
Düz 90 il öncə Şərqdə ilk Radio olan – Milli Radiomuz Sizinlə, möhtərəm dinləyicilər, – Azərbaycan xalqı ilə uzun və şərəfli bir efir yolçuluğuna çıxdı. Və o gün – bu gün evlərinizin ən arzulanan qonağına çevrildi. Ekran-efir zamanın ən çevik, qısa yolla yozumu olduğu üçün Milli Radiomuz, Televiziyamız zamanla nəfəs alıb, zamanın nəbzini tutub həmişə. Bu gün qloballaşan dünyada, bizdən daim «bir an öndə olan» zamana yetişmək, dünyada öz səsi, sözü ilə seçilmək, milli dəyərləri qorumaqla, onlarla efir tezliyindən, yayımlanan yüzlərlə Radio – Televiziya verilişindən məhz «dinlənilən, baxılan» olmaq, təbii ki, o qədər də asan deyil. Yadınızda olar yəqin, təxminən 10 il əvvəl AzTV öz işinə sözün birbaşa anlamında, əsrin ruhuna, tempinə uyğun yenidən qurulmaqla başladı. Az keçmədən hər addımda nəzərə çarpan yeniləşmə və islahatlar bəhrəsini verdi. Dünya standartlarına cavab verən yeni texnika, teleimici təsdiqləyən modernləşmiş «Xəbərlər xidməti» və onlarla orijinal veriliş, eyni zamanda nostalji duyğular oyadan, yeri görünən köhnə, populyar verilişlərin yeni məzmunda, yeni formatda ekrana «qayıdışı», böyük tamaşaçı auditoriyasını da təkrar geri qaytarmaqla hər kəsi təəccübləndirdi. Bu dinamik inkişaf, AzTV-də illərdən bəri yığılıb qalmış problemlərin çevik həlli, sözsüz ki, bu doğma ocaqda 45 ildən çox ekran-efir işini dərindən öyrənən, idarəçilikdə və yaradıcılıqda peşəkarlığı, tələbkarlığı, eləcə də əsl insanlığı bir araya gətirə bilən sədr A.Alışanovun gərgin səyi sayəsində mümkün oldu. Qısa bir müddət ərzində Az.TV-nin nüfuzu da artdı, burda çalışanların işləmək həvəsi də. Əslində insanlara münasibət sonucda verilişlərə hopan əsas amil, işin keyfiyyətini şərtləndirən cəhətlərdəndir. Əsl yaradıcı adamların Ata ocağı bildiyi bu məbəd, hər birimizin ayrı-ayrılıqda qayğı ilə əhatə olunduğumuz, evimizə halal çörək apardığımız məkandı. …Sonra Televiziyamız daha iki gənc televiziyaya «İdman» və «Mədəniyyət» kanallarının «efir şəhadətnamə»sinə imza atdı… Az.TV-nin bazasında ölkəmizdə ilk Milli TV Akademiyası yaradıldı… Yenidən birinciliyinə qovuşan Teleradiomuzdakı dəyişikliklərdən, son uğurlardan söz düşəndə, sözsüz ki, burdakı fədakar insanların əməyinə verilən qiyməti unutmaq olmaz. Haqqı olana dəyər vermək, gənc nəslin işə marağını artırmaq deməkdi, sözsüz. Estafeti etibarlı əllərə ötürmək, sabah xalqın mənəviyyatı keşiyində dayanacaq gəncləri bilik və bacarığına görə seçib-sonalamaq, efirə təqdim etmək peşəkarlara həvalə olunub. Efirə gələn hər yeni nəfəs, deyilən hər söz, atılan hər yeni addım uğurlu olmaya bilər. Söz-sənət dünyası, efir işi uzaqdan asan görünsə də bu çətin sınaqdan uğurla çıxanlar da var, sakitcə çəkilib gedənlər də… Radio həm də zərgər dəqiqliyi ilə işləyən, zamanın ölçüyəgəlməz anlarını duyub-duydura bilənlərin, bu işdə ömründən qopan illərçün heyfsilənməyənlərin məkanıdır. …İndi 90-nı haqlayan Radiomuzun efirindən saf gənclik nəfəsini duymamaq və buna sevinməmək mümkün deyil. Razılaşın ki, sözün bütün mənalarında. Yeniləşmək, Yüksəltmək, üstəlik forma, məzmun və keyfiyyətcə yeniləşən proqramlarda öz milliliyini qoruyaraq, əsl azərbaycançılığı yaşadaraq, bunu efirə-ekrana gətirmək, əməli işlə göstərmək, əslində böyük hünərdi. Və Milli Teleradiomuz son ildə bu missiyanı ləyaqətlə yerinə yetirdi. Bütün bunları görmək, bu illərdə Azərbaycan Radiosu efirindən səsini dünyaya duyurmaq qürurverici bir hissdir… Uzun illər boyunca bu kollektivə ləyaqətli oğul, qardaş, nəhayət əsl rəhbər olmağı bacaran – Arif Alışanova – bizim islahatçı sədrimizə nə gözəl ki, özü demiş: «boya-başa çatdığı bu məbədi əsaslı şəkildə yeniləşdirmək qismət oldu”. Və bu qisməti O Ana Televiziyamızı, Radionu ürəkdən sevən, taleyini bu məbədə bağlayan hər kəslə, onlara maddi və mənəvi dayaq olmaqla paylaşa bildi.… …İndi ötən əsrin 70-ci illərindən əməkdaşı olduğum, Milli TV və Radiomuzdakı 40 ilə yaxın sənət yolumu gözlərim önündən keçirəndə verilişlərimizin şah damarı olan, ruhuna Vətən, Xalq və Dövlətçiliyin təntənəsi hopan o zəhmət dolu illərə görə insanın ürəyi fərəhlə döyünür. Ən əsası odur ki, burda haqqı olan heç bir insanın əməyi qarşılıqsız qalmayıb. Bu mənada Azərbaycanımızın sözün tam anlamında çiçəkləndiyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nın bu dinamik inkişafda öncül olduğu bir çağda, əməkdaşlarımıza ölkə prezidenti, zat aliləri cənab İlham Əliyevin göstərdiyi sonsuz qayğıdan ruhlanmamaq mümkün deyil. Bu sənətin cəfakeşlərinin əməyinə verilən dəyər, mükafat – Əlahəzrət «Sözün» də, insanların da, Azərbaycan Teleradiosunun efir ənginliyindəki ömrünün də uzanmasına xidmət edir. Bəli, tariximizin «Səsli səlnaməsi» 90 yaşlı Ana Radiomuz və 60 yaşlı Milli Televiziyamız – yeni nəsillər üçün Ədəbiyyat karvanının yolunu aydınladan kəhkəşan misalındadı. Bu «köhkəşan»ı xalqın milli sərvətinə, xəzinəyə çevirən çox dəyərli insanlar – elm, söz-sənət, fikir aydınları, əmək fədailəri, dünya şöhrətli siyasətçiləri olub, Siz olubsuz, sözsüz! Milli Teleradiomuzun «Xəzinəsi»ndə qorunub saxlanan səslərə, lentin yaddaşındakı görüntülərə yaşanan əsrin nəfəsi, sevinci, kədəri, mücadilələrinin ruhu hopub. Abidələşən Radiomuzun, yeniləşən Televiziyamızın bayramı hər kəsin, bütün xalqımızın bayramıdır – Bayramınız mübarək!
 Şəfəq Sultan Əlixanlı
Azərbaycan Radiosu «Ədəbiyyat və İncəsənət» redaksiyasının Baş redaktoru, əməkdar incəsənət xadimi
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlər Kabinetindən dünya mətbuatına HDP ilə bağlı açıqlama – Bu səbəbə görə həbs olunublar

Next Post

Moskva azərbaycanlıları Putinə məktub yazdılar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Moskva azərbaycanlıları Putinə məktub yazdılar

ABŞ-dan Dəmirdaşın həbsinə reaksiya

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.