"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bişkekdə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan festival başlayıb

13 Aprel 2024 - 23:32
in İQTİSADİYYAT
#image_title

#image_title

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Qırğızıstanın paytaxtı Bişkekdə “Azərbaycan mədəniyyətinin təbliği günləri” festivalı başlayıb.

Elchi.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə çağırışlar – Bişkek festivalı” Qırğızıstan-Türkiyə Manas Universitetində təşkil olunub.

Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik korpusunun əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstan Axıska Türkləri Dərnəyi, Qırğızıstandakı Azərbaycan diaspor liderləri, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən festivalın açılış mərasimi hər üç ölkənin himnlərinin oxunması ilə başlayıb.

Manas Universitetinin prorektoru, professor Mehmet Sezai Türk açılış çıxışında üç qardaş ölkənin universitetdə bir araya gəlməsindən şərəf hissi keçirdiyini bildirib. O, festival boyunca Azərbaycan mədəniyyətini və kinosunun təbliğinin vacibliyinə diqqət çəkib. Prorektor çıxışında Qarabağ zəfərindən, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” sözlərindən bəhs edib, Bəxtiyar Vahabzadənin şeirlərindən sitat gətirib.

Açılış mərasimində çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı çıxışına “Biz oğuzuq, qıpçağıq, qazaxıq, qırğızıq, türkmənik, türkük” sözləri ilə başlayıb, Türk Dünyasının ortaq mədəniyyətə malik olduğunu qeyd edib.

Bişkek Festivalının layihəsinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin “Biz böyük türk ailəsinin üzvüyük” sözləri ilə başlayıb və Altaylardan Qafqazlara qədərki coğrafiyadakı türklərin birlik və bərabərliyinin önəmini vurğulayıb.

A.Ələsgər Türk Dünyasını bir araya gətirən layihələrə ehtiyac olduğunu bildirərək, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Bişkek Festivalının baş tutmasına dəstək olan Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycanın Qırğızıstandakı səfirliyinə, Qırğızıstan-Türkiyə Manas Universitetinə, “İpək yolu” İctimai Diplomatiya Vəqfinə təşəkkürünü bildirib.

“İpək yolu” İctimai Diplomatiya Vəqfinin başqanı Seyfullah Türksoy da çıxışında mədəniyyətin Türk Dünyasını bir araya gətirən ən önəmli faktor olmasına diqqət çəkərək, “Azərbaycan sənəti, mədəniyyəti, musiqisi, rəsmi, heykəltaraşlığı, kinosu ilə çox inkişaf etmiş xəzinədir” söyləyib.

Azərbaycanın Qırğızıstan konsulu Şahin İsgəndərov da çıxışında ortaq türk dilinin və mədəniyyətinin inkişafına diqqət çəkib. Konsul Qarabağ zəfərinin Türk Dünyası üçün yeni mərhələnin açarı olduğunu vurğulayıb.

Açılış mərasimi Ulu Öndərin həyatından bəhs edən “Xatirələr işığında Heydər Əliyev” sənədli filmi və Festivalda yayımlanacaq filmlərin anonsu ilə başa çatıb.

Qeyd edək ki, üç gün davam edəcək Festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün yayımlanacaq.

Eyni zamanda, Manas Universitetində Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edən sərgi də festival boyu şagirdlərin ixtiyarında olacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Konqoda silahlılar azı 10 mülki şəxsi öldürüblər

Next Post

Netanyahu Baydenlə telefonla danışıb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Netanyahu Baydenlə telefonla danışıb

Netanyahu Baydenlə telefonla danışıb

İran İsrailə 185 İHA və 36 qanadlı raket atıb

İran İsrailə 185 İHA və 36 qanadlı raket atıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.