"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bitməyən Türkmənçay faciəsi

10 Fevral 2015 - 09:23
in XƏBƏR LENTİ

İşıqlı ATALI10491284_649253638516215_7725593042219862698_n
Fevralın 10-da Azərbaycanı rusların və farsların əliylə ikiyə bölən “Türkmənçay” müqaviləsinin bağlanmasından 187 il ötür.
XIX yüzilin başlanğıcında Azərbaycan xanlıqlardan ibarət idi. Azərbaycan xanlarının çoxusu bir-birlərindən qorunmaq üçün qıraqdan özlərinə qəyyum axtarmağa başlamışdılar. Belədə İranla Rusiya fəlakətli durumdan ustalıqla yararlanaraq Azərbaycanı savaş meydanına çevirdilər.
1813-cü ildə Rusiya ilə İran arasında bağlanan “Gülüstan” sülh müqaviləsinin şərtlərini pozan tərəflər yenidən iki illik savaşdan sonra – 1828-ci il fevralın 10-da bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldülər. (Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar). Bununla da son 202 illlik dönəmdə yurdumuzun həm güneyində, həm də quzeyində baş verən faciəli olayların yaranması üçün böyük, indiyə kimi davam edən milli fəlakətin özülü qoyuldu.

***

“Türkmənçay”dan öncə Azərbaycanın ərazisi 410 min kv. km olub. Bu müqavilə ilə Azərbaycan türklərinin bütöv tarixi torpaqları parçalandı və indi də özümüzə gələ bilmirik.
1991-ci ilin oktyabrında tarixi torpaqlarımızın bir parçasında müstəqil Azərbaycan dövlətini qurduq. Bu, bizim üçün indiki durumda böyük sərvətdir. Dövlətimizin olması əslində millətimizin – Azərbaycan türklərinin dünyada varlığının ən ali təsdiqidir. Ancaq müstəqillikdən sonra arxayınlaşma baş verdi, çağdaş dünyanın pulçuluq, təbəqəçilik, çoxrəylilik oyunları milli duyğuları üstələdi. Sonucda Azərbaycanın bütövləşməsi ilə bağlı ulusal duyğularımız qımıltıdan, sadəcə, istəkdən o yana getmədi…

***

Xalq bilməlidir ki, Türkmənçay faciəsi 20 Yanvar, Xocalı, ümumən Qarabağ faciəsindən min qat ağırdır və onların yaranmasının başlıca səbəblərindən biridir.
Bir-iki yazını çıxmaqla mətbuatda və telekanallarda nə “Gülüstan”, nə də “Türkmənçay” faciələri kimsənin yadına düşmür, gündəmə gətirilmir. Ona görə də “Türkmənçay” müqaviləsinin imzalandığı gün – 10 Fevral Azərbaycanın Parçalandığl gün kimi qeyd olunmalıdır. Hər il bu tarix kütləvi informasiya vasitələrində ayrıca olaraq bilinməli, təbliğ edilməlidir. Adıçəkilən faciə mövzusunda tədbirlər keçirilməli, ictimai mühitdə müzakirə mövzusuna çevrilməlidir. Əgər faciələrimizi dərk etməsək, sabah bundan da çətin durumlara düşəcəyik.
Güney Azərbaycanda yaşayan soydaşlarımıza doğmalığımız artmalıdır. Bu gün güneylilərə burada – Quzeydə də fars təbliğatına uyğun çox zaman millət anlamında “iranlı” deyilir. Bu yanlış yanaşma aradan qaldırılmalıdır. Güneylilər də özlərini millət anlamında “iranlı” saymamalıdırlar.

***

Azərbaycanın dərdlərilə dünya oyun oynayır: Qarabağ problemi beynəlxalqlaşdığı dərəcədə çözümü mümkünsüzləşir.
Bir millət olaraq varlığımızı təsdiq etmək istəyiriksə, o zaman tarixdən dərs almalıyıq. Faciələrini unudan millət var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması həm də dünyanın türkü sevməməsilə bağlıdır.
Azərbaycanın faciələri bütün Türk Dünyasının faciəsi sayılmalıdır. Yurdumuzun varlığı Azərbaycanın birliyinin, bütövlüyünün təsdiqindən keçir.
İnam Ata (Asif Ata) deyir: “Azərbaycan birdir, əgər ikidirsə, deməli, o yoxdur əslində.”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna – 1 milyon köçkünün vətəni

Next Post

“Hilton” oteldə 1,8 milyona kim ev aldı?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Hilton” oteldə 1,8 milyona kim ev aldı?

Qubad İbadoğlu ilə bağlı bir sual və Mirbaba Babayevin cavabı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.