"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Biz çalışmalıyıq ki, Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir birlik quraq”

26 Yanvar 2024 - 12:59
in Cebhe-banner, MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev xalqcəbhəsi.az saytlna müshibə verib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Elchi.az həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, son vaxtlar Azərbaycanın Rusiya ilə yaxınlaşmasının ölkəmiz üçün facilərə yol açacağına dair geniş kampaniya aparılır. Sizin məsələyə baxışınızı bilmək istərdik.

– Bu kampaniyanı aparanlar Qərbin müəyyən dairələrinin qucağında bəslənənlərdi. Azərbaycan Rusiya ilə münasibətləri inkişaf etdirərərk onun Ermənistanla münaqişədə neytrallığını təmin edib, öz torpaqları üzərində dövlət suverenliyini bərpa edib, işğalçı dövləti Azərbaycandan qovub. Dövlətin xarici siyasətində birinci yerdə milli maraqlar dayanmalıdı. Mən işğalın davam etdiyi zamanlarda hökuməti çağırırdım ki, Ermənistanla mənasız danışıqlara son qoysun və danışıqlar Rusiya ilə aparılsın. Hətta hökuməti çağırırdım ki,torpaqlarımızın azad olunması üçün Rusiya Azərbaycanda hərbi baza yaratmaq, yaxud Avrasiya İttifaqına üzv olmamızı istəyəcəksə buna getmək lazımdır.

Tək Qarabağ probleminin həllinə görə yox, həm də Azərbaycanın digər həyati maraqlarına görə biz Rusiya ilə yaxın olmalıyıq. Mən, müşahidələrimə əsasən həmişə söyləmişəm ki, rəsmi Bakı dostlarımız, müttəfiqlərimiz haqlı olanda onların yanında olur. Biz Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmirik. Ukraynaya humanitar yardım edirik, amma Rusiyaya qarşı da sanksiyalara qoşulmuruq.Ukrayna bizə görə bunu işğalçı Ermənistana qarşı etsəydi,onda bizi kimsə qınaya bilərdi.

Mən Qarabağ münaqişəsinin həlli üçün niyə Rusiya ilə danışıqlar aparmağı təklif edirdim? Çünki Rusiyanın işğalçı Ermənistanı dəstəkləməsində Qərbin müstəsna rolunun olduğunu bilirdim. Qərb Ermənistanın işğalına baxmayaraq onu dəstəkləyib,işğalçı dövlət kimi tanımayıb,hətta Qarabağdakı seperatçı rejimə humanitar yardım adı altında kömək edib.İşğal dövründə xalqımız Putinin şəxsi dostu olan, əli xalqımızın qanına batmış Köçəryana Qərbin soyuq münasibətini hiss etdimi? Əlbəttə ki,yox.İşğal dövründə Qərbdəki güclü erməni diasporası Ermənistan hökumətini Rusiyadan uzaqlaşdırmağa cəhd etdimi? Yenə də, yox.

Biz 22 fevral 2022-ci ildə Moskvada Rusiya ilə müttəfiqlik münasibətlərinə saziş imzalamasaydıq 19-20 sentyabr 2023-cü ildə Xankəndi ətrafında antiterror əməliyyatları keçirən zaman Rusiya sülhməramlıları neytrallığını qoruyub saxlayardımı? Kimsə boşboğazlıq edib deyə bilər ki,bu bizim beynəlxalq hüquqa əsaslanan hüququmuz idi. Hüquqa əhəmiyyət verən olsaydı torpaqlarımız 30 il niyə işğal altında qalırdı?

570 il keçsə də Qərb İstanbulun (Konstantinopolun ) fəthini türklərə bağışlamır. Bizim öz Qarabağımızı işğaldan azad etməyimiz onları özündən çıxarıb. Onlar deyildimi bizi referendium keçirib Qarabağı ermənilərə verməyə məcbur edən?Gözünüzün qabağında savadsız, əxlaqsız küçə gədələrini səfərbər edib ölkəmizə qarşı mənəvi terror həyata keçirmirlərmi? Diqqət yetirdinizsə, bilə-bilə ki, AŞPA-nın Azərbaycan əleyhinə yönəlmiş qərarının arxasınada Ermənistana açıq dəstək dayanır, insan hüquqlarına dair hüquqpozmalara dair müddəaları ora sadəcə ona görə əlavə ediblər ki, əlaltılarına Azərbaycan hökumətinə qarşı təbliğat aparmaq imkanı versinlər, buna baxmayaraq dünən necə sevinirdilər.Onlar milli xəyanət yolu tutmaqla ölkəmizi modern dövlət qurmaq yolundan sapdırırlar.

– Azərbaycan Avropa Şurasından çıxmalıdırmı?

– Düşünmürəm ki, buna ehtiyac var. Biz çalışmalıyıq Avrasiya məkanında Türkiyə, Rusiya, İran, keçmiş sovet respublikalarının iştirakı ilə Avropa İttifaqı modelində yeni bir birlik quraq. 3+3 formatında əməkdaşlıq yeni ittifaqın bazasını təşkil edə bilər. Bu, Avropa İttifaqı və digər Qərb ölkələri ilə əməkdaşlıqdan imtina kimi başa düşülməməlidir. Dünyada çoxsaylı ölkələr müxtəlif siyasi və iqtisadi birliklərin üzvüdür, bir təşkilatın üzvü olmaq digərini inkar etmir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin müharibə iştirakçılarının ailələri üçün ödənişlərlə bağlı göstərişlər verdi

Next Post

ABŞ qüvvələrinin İraqdan çıxarılmasını qərar verəcək

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
ABŞ qüvvələrinin İraqdan çıxarılmasını qərar verəcək

ABŞ qüvvələrinin İraqdan çıxarılmasını qərar verəcək

ABŞ Suriya vasitəsilə  Rusiyaya zərər vermək istəyir?

ABŞ Suriya vasitəsilə Rusiyaya zərər vermək istəyir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.