Peskov: Zaman göstərdi ki, ABŞ-ın Rusiya və Çinə təzyiqi faydasızdır.
Elchi.az xəbər verir ki, zaman göstərdi ki, Vaşinqtonun Moskva və Pekinə təzyiq göstərmək cəhdləri heç bir fayda vermədi. Bu açıqlama ilə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Peskov vurğulayıb ki, Moskva və Pekin dünya işlərində diktaturanın yolverilməz olması barədə yekdil fikirdədirlər. Onun sözlərinə görə, Rusiya və Çin strateji baxımdan vahid mövqedən çıxış edirlər.
“Amerikalıların təzyiqlərinə gəlincə, zaman bunun tamamilə faydasız olduğunu dəfələrlə göstərdi. Biz öz mövqelərimizdə möhkəm dayanırıq, yolumuzda möhkəm dayanırıq”, – Kremlin sözçüsü bildirib.
Şayəstə Hüseynova






