"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Biz Qərbdən yox, onlar bizdən uzaqlaşır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2023 - 21:37
in Cebhe-banner, MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Həmin müsahibəni təqim edirik:

-Qüdrət bəy, Azərbaycanın Qərbdən uzaqlaşıb rusiyayönlü siyasət yürütməsi barədə deyilənlərə münasibətinizi bilmək istərdik.

-Bunu Qərbin “pet”ləri tutuquşu kimi dayanmadan təkrarlayır. Qərb bizi ərazi bütövlüyümüzü bərpa etməyimiz münasibətilə təbrik etmək əvəzinə etnik təmizləmə həyata keçirməkdə ittiham edir, hədələyir. Sizcə nə etməliyik? Onlara cavab verməməliyik? Deməməliyik ki, erməni işğalı nəticəsində Azərbaycanda 30-35 il il ağır qaçqın, məcburi köçkün həyatı yaşayan bir milyon insanı niyə görmürsünüz? Soruşmayaq ki, həmin bir milyon insan niyə ev-eşiyindən didərgin düşüb? Axı, Qərbin ən mötəbər tribunalarından erməni liderlər onların üzlərinə deyirdilər ki, “biz azərbaycanlılarla birgə yaşaya bilmərik”. Bu sözləri biz demirdik axı. Bizimlə birgə yaşamaq istəmədilər və çıxıb getdilər. İndi, buna görə biz günahkarıq? Bizi ittiham edən ləyaqətini itirmişlər yaxşı bilirlər ki, ermənilər bizə hansı acıları yaşadıblar, torpaqlarımızın 20%-ni işğal edib, 30 il işğal altında saxlayıb, şəhər və kəndlərimizi necə yer üzündən siliblər. Biz Qərbdən yox, onlar bizdən ermənilərə görə uzaqlaşır. Biz sadəcə müdafiə olunuruq. Azərbaycan onların  bizə münasibətindən asılı olmayaraq Qərbdə formalaşmış dövlət ədəb-ərkanın ölkəmizdə bərqərar olması üçün çalışmalıdır. Onlar işğalçıları müdafiə etməklə yanaşı, istəyirlər ki, biz Rusiya ilə düşmən olaq. Bir vaxtlar Türkiyəni Rusiya ilə vuruşdurmaq istəyirdilər, indi də bizi. Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq biz Rusiya ilə yaxşı münasibətlər üçün səy göstərməliyik, çünki Rusiya bizim böyük qonşumuz və vaz keçilməsi mümkün olmayan, 2 milyon azərbaycanlının yaşadığı ölkədir. Çoxsaylı digər səbəblər barədə əvvəllər danışmışam. Fransaya-bizimlə düşmənçilik edən dövlətə sığınıb vətənpərvərlikdən danışanlar sadəcə utanıb- ölməli, yerə girməlidirlər. Biz heç kimin yanında deyilik, özümüzləyik. Müttəfiqlərimiz haqlı olduqda onların yanındayıq, haqq işini müdafiə edirik. Dövlətimizin maraqları nəyi tələb edirsə hüquq çərçivəsində onu da etməliyik.

-İslam ölkələri İsrail- Fələstin savaşına qoşula bilərmi?

-Bunun baş verəcəyini düşünmürəm. Söz savaşı başqadır, real müharibə başqa. İsrailin sahillərində ABŞ-ın iki böyük, döyüş təyyarələri  daşıyan, gəmisi dayanıb. ABŞ İsrailə savaş açmaq istəyən ölkələrə ciddi zərbələr endirə bilər. HƏMAS-ın “müttəfiqləri” müharibəyə qatılmalarından daha çox  ölkələrinin Qərb tərəfindən müharibəyə cəlb edilməsi təxribatlarından və buna yol verməməklə Qərbin planlarını pozduqlarından fəxrlə danışırlar. Onlar müharibəyə qatılmaq barədə yox, ondan necə qurtulmaq barədə səy göstərirlər. Bu, ağıllı siyasətdir. Dinc insanların ölümü hər bir normal insanı üzməlidir və hər birimizi üzür. Amma onların ölümündən münaqişənin daha da qızışdırılması üçün istifadə olunmamalıdır. Çünki münaqişə qızışdıqca daha çox dinc insan ölür. Liderlərin daxildə öz seçicilərinə hesablanmış ritorikası ölçülüb biçilmiş olmalıdır. Dünyanın tarixi sübut edir ki, haqlı olub-olmamağından asılı olmayaraq özündən güclüyə müharibə elan etmək ağıllı və cəsarətli davranış deyil, təxribatdır, ya da sadəcə axmaqlıqdır. Müsəlman ölkələri Qəzzada savaşı İsraili hədələməklə yox, İsrail və ABŞ- la yaxından əməkdaşlıq etməklə dayandıra  bilərlər.

-Üçüncü dünya savaşının baş vermə ehtimalını necə qiymətləndirirsiniz?

-Bunun baş vermə ehtimalı olduqca azdır. Çünki bu nüvə müharibəsinə gətirib çıxara bilər. Nəticələr isə bəşəriyyət üçün, hər kəs üçün çox faciəvi olar. Nüvə silahının çox böyük çəkindirici gücü var. Yoxsa,çoxdan həmin müharibə başlamışdı, çünki 2-ci dünya müharibəsinin ağrı-acıları, dağıntıları nəsillərin dəyişməsi ilə çoxdan yaddan çıxıb.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Balticconnector” qaz kəmərinin təmiri altı aya qədər çəkə bilər

Next Post

Pentaqon: “Rusiya NATO-ya meydan oxuya bilər

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Pentaqon: “Rusiya NATO-ya meydan oxuya bilər

Pentaqon: "Rusiya NATO-ya meydan oxuya bilər

Qəzzada qaçqın düşərgəsinə edilən hücumda 400 nəfər ölüb

Qəzzada qaçqın düşərgəsinə edilən hücumda 400 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.