"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bizim milli Kim Çen Inımız

14 Dekabr 2015 - 10:36
in KÖŞƏ YAZILARI
  Bizim milli Kim Çen Inımız

Azərbaycan jurnalistlərinin peşə günü nə zamandır, soruşsanız, mən qətiyyətlə “12 dekabr” deyərəm. Çünki məhz bu tarixdə jurnalistlər aylardır görmədikləri məmurları görür, üstəlik, şansları varsa, səslərini eşitmək xoşbəxtiyini də yaşayırlar. Mövzu dənizində, müsahib okeanında üzürlər həmin gün. O başqa söhbətin mövzusudur ki, hansı sualları verirlər, arzuladıqları sualı verməyə cəsarətləri çatırmı? 
Şəxsən mən dəfələrlə şanlı telejurnalistlərimizin Prezident Aparatı rəsmilərindən birini tədbirdən çıxan kimi necə üzük qaşı kimi dövrələdiklərinin canlı şahidi olmuşam. Həmin anlarda operatorlar bir-birini itələyə-itələyə, mikrafonlarını ən qabağa dürtərək elə canfəşanlıq edirlər ki, düşünürsən ki, yəqin ilin ən səs gətirən müsahibəsini götürəcəklər. Amma hamı mövqelərini bərkidəndən sonra məlum olur ki, kolleqaların sualı… sadəcə yoxdur. Onlara “sinxron” çəkmək üçün lazımdır bu. Televizyonçular öz aralarında bunu belə adlandırırlar – sinxron. Tədbir bitir, tədbirin əsas fiquruna tədbirin mahiyyəti barədə danışdırırlar və bütün canfəşanlıq da bunun üstündə olur. Arada da Ermənistan prezidentini “ifşa edən” suallar, ATƏT-in Minsk Qrupunu aşağılatmaq üçün pas vermələr və bitdi. Ölkə gündəmiymiş, gündəmi narahat edən suallarmış… nadir hallarda ona cavab tapmaq mümkün olur. Çaşıb cahilliyindən belə sualları verənlərin işdən çıxarılma əmri isə tədbirdən televiziya binasına çatmadan hazır olur. Çünki bu, televiziya tarixində bağışlanmaz “ÇP”dir.
ÇP demiş, ötən həftənin səs gətirən, amma neft daşlarındakı faciənin fonunda itib-batan xoşagəlməz hadisələrindən biri də Salyanın icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan fotosu  idi. Görənlər görüb, görməyənlərə də biz xatırladaq ki, söhbət icra başçısının başı üzərində qızılgüllər tutulmuş fotosundan gedir. Daha doğrusu məktəblilərin əlində tutduğu güllərin altından keçən icra başçısı özünü krallara bənzədib. Ən maraqlısı isə bu fotonun ardınca gələn təkzibdir. Fotodan daha məzəli. Təkzibi yada salaq: “Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır”.
Biz Şimali Koreyanın prezidenti Kim Çen Ina lağ edib, şəkillərini sosial şəbəkədə paylaşdığımız günlərdə başımıza gələnləri görürsüzmü? Biz gülürdük ki, bəs koreyalı  qızlar niyə Kim bəyi görəndə ağlaşırlar, uşaqlar niyə israrla onun qolundan yapışıb buraxmaq istəmir. Lənət şeytana, bunların şəklini o vurhavurda kim çəkib yayır? Başımıza ondan da betəri gəldi. Colma-çocuğu küçələrə töküb əllərinə gül dürtdülər ki, bəs bir azdan kral gələcək. Təkzibi oxuyub, şoka girirsən. Üzrü qəbahətindən betər: “İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub”. Bəli, elə biz də onu deyirik ki, icra başçısı tədbirə gedən zaman uşaqlar hansı məntiqlə əllərində güllə küçələrə tökülməli, üstəlik başçının başı üstündə gül tutmalıdır? Anlaşılır ki, bu, əvvəldən planlaşdırılır. Biz də onu deyirik ki, belə şeyi planlaşdırmayın. Hələ beyinləri bərkiməmiş balacaları özünüzə bənzətməyin, ölkədən Şimali Koreya düzəltməyin. Nəyisə planlaşdırmaq vacibdirsə, rayonun abadlaşdırılması ilə bağlı tədbirlər planlaşdırın. Məsələn, ölkə üzrə ali məktəbə qəbulun ən yüksək göstəricisi olaraq Salyan rayonunun adı çəkilsin, mən dediklərimdən imtina edərəm. Yoxsa ki, uşaqlar gül tutubmuş, icra başçısı da bunun altından keçibmiş.
Özündən balaca kral düzəltməyə çalışanların taleyini gözünüzün qabağına gətirin ən azı. Gözü çıxmış qardaşınızdan dərs götürün, necə deyərlər. Belə əndrəbadiliklərə yuxarılarda qısa bir müddət göz yumurlar… Sonrası? Qandallı əl, vəkillər vasitəsilə mediaya ötürülən “burda hüquqların pozulur” mesajıdır. Daha sonra da dörd gözlə əfv fərmanını gözləmə mərhələsi… Yəni, müsbət heç nə yoxdur.
Yox, əgər “dediyim dedikdi” düşünürsüzsə, yola davam. Hətta bir neçə ip ucu da verə bilərəm. Kim Çen Inın doğum günündə səmada ulduz işıqlandırırlar, fəsilləri dəyişirlər, 2 tərəfli göyqurşağı yaradırlar. Kim Çen Inın rəsmi bioqrafiyasında göstərilib ki, o, heç vaxt tualetdən istifadə etməyib. Bundan başqa, yazılıb ki, o, doğulduqdan 3 həftə sonra gəzməyi öyrənib, 8 aylığında isə danışırmış. Kim Çen In universitetdə oxuduğu zaman isə 1500 kitab yazıb.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeni ildə əfv olacağı dəqiqləşib

Next Post

Heyvanları şikəst və ya tələf edənlər cərimələnəcək

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Heyvanları şikəst və ya tələf edənlər cərimələnəcək

Bakıda yanan binaya görə həbs olunanların istintaqı başa çatıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.