"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Bizim Türkiyənın yanında olmaq öhdəliyimiz var` – Nazir

07 Sentyabr 2016 - 14:20
in XƏBƏR LENTİ

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin görüşündə çıxış edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazir çıxışında Avropa Şurasının təsisçi üzvlərindən biri olan Türkiyəyə qarşı baş vermiş çevriliş cəhdindən sonra Türkiyə xalqı və dövləti ilə tam həmrəy olduğumuzu nümayiş etdirmək üçün bu gün bir araya gəlmək imkanı təmin edən və bu iclası təşkil edənlərə təşəkkür edib.

“Azərbaycan lap əvvəldən qardaş Türkiyədə konstitusiya və demokratik əsaslara qarşı bir qrup tərəfindən törədilmiş bu cinayəti şiddətlə qınamış və ciddi narahatçılığını ifadə etmişdir. Türkiyə Xalqı və Dövləti ilə tam həmrəy olduğumuzu bir daha bildirməklə, biz Türkiyə Xalqı və Dövlətinin birliyi ilə vəziyyətin tam sabitləşəcəyinə əminliyimizi ifadə etdik. Təəssüf ki, çevriliş cəhdi çoxsaylı insan itkisinə səbəb oldu. Fürsətdən istifadə edərək bu cinayətin qarşısının alınması zamanı həyatını qurban vermiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə baş sağlığı verirəm.

Türkiyə regionda və region hüdudlarından kənarda sülh və davamlılığın genişlənməsində və qorunmasında vacib rol oynayır və bu səbəbdən onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Türkiyə ilə xalqlarımız və dövlətlərimizin niyyətinə və bölüşdüyümüz birgə dəyərlərə əsaslanan möhkəm strateji tərəfdaşlığa malikdir. Buna görə də təbii olaraq qardaş millətin qanuni hökumətinə qarşı zorakı çevriliş cəhdi bizim cəmiyyətdə böyük təlaş yaratdı.

Biz çevriliş cəhdini açıq şəkildə qınadığına, eləcə də Türkiyə rəhbərliyinə dəstək ifadə etmək və Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə faciəvi hadisələrdən sonra Türkiyəyə səfər etdiyinə görə Estoniyanın Sədrliyini təqdir edirik. Bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək üçün vacib idi.

Biz inanırıq ki, bu mühüm siyasi dəstək Avropa Şurasının sərəncamında olan dəyərli mexanizmlər və vasitələrlə çevrilişdən sonrakı dövrdə Türkiyəyə lazım olacaq yardımı təmin etməklə davam etdiriləcəkdir. Avropa Şurası şübhəsiz bu prosesdə konstruktiv və mühüm rol oynaya bilər. Türkiyə beynəlxalq birliyin üzvlərinin tam və birmənalı dəstəyindən yararlanmalıdır. Bizim Türkiyənin demokratik əsaslarına yönələn hədələrə qarşı Türkiyənın yanında olmaq öhdəliyimiz vardır.

Hökumətim adından vurğulamaq istərdim ki, Azərbaycan Türkiyənin yanındadır və onun bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə öz birmənalı dəstəyini ifadə edir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yaponlar Azərbaycanda dərman zavodu tikəcək

Next Post

Qüdsi Osmanov səfir təyin edildi – Sərəncam

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qüdsi Osmanov səfir təyin edildi - Sərəncam

Dağıstan prezidenti Bakıda biznes qurur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.