Abxaziya prezidenti Aslan Bjaniya Moskvada işgüzar səfərdədir.
Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Bjaniya səfər zamanı bir sıra görüşlər keçirəcək.
Abxaziya rəhbərinin Moskvada 7-10 gün qalacağı güman edilir.
Qeyd edək ki, bundan əvvəl mediada Bjaniyanın, eləcə də Cənubi Osetiya prezidenti Alan Qaqloyevin fevralın 22-də Vladimir Putinlə görüşəcəyi barədə məlumatlar yayılsa da, Abxaziya prezidentinin mətbuat xidmətində bu barədə məlumat verilməyib.
Yeganə





