ABŞ dövlət katibi Entoni Blinken ABŞ xüsusi xidmət orqanlarında Vaqnerin özəl hərbi şirkətinin (PMC) planları barədə məlumatlara malik olması ilə bağlı xəbərlərə münasibət bildirməyib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl “The Washington Post” yazıb ki, hələ iyunun ortalarında ABŞ kəşfiyyatı Yevgeni Priqojinin qiyam etməyə hazırlaşdığını göstərən məlumatlar əldə edib. “The New York Times” qəzetinin yazdığı kimi, ABŞ Moskvanın dövlət çevrilişi təşkil etməkdə ittiham olunacağından qorxduğu üçün məlumatları ictimailəşdirməmək qərarına gəlib. Jurnalistlər qeyd ediblər ki, Vaşinqton Rusiya hakimiyyətinə kömək etmək istəmir.
Havar Şəfiyeva




