ABŞ dövlət katibi Antoni Blinken İsrailin “özünü müdafiə etmək hüququna malik olduğunu” bəyan edərək, Qəzzada mülki əhalinin müdafiəsi məsələsinin İsrailə səfəri zamanı müzakirə olunacaq əsas mövzulardan biri olacağını bildirib.
Elchi.az xəbər verir ki, Nazir Blinken bəzi ölkələrə, o cümlədən İsrail və İordaniyaya səfəri üçün paytaxt Vaşinqtondan ayrılmadan əvvəl jurnalistlərə açıqlamalar verib.
Səfərinin ilk dayanacağının İsrail olacağını bildirən Blinken, “İsrailin özünü müdafiə etmək və bu cür hücumların bir daha təkrarlanmamasını təmin etmək təkcə haqqı deyil, həm də məsuliyyəti var” deyib.
Blinken, İsrailin hərəkətlərində mülki şəxslərin qorunmasının vacibliyinə diqqət çəkərək, “Mülkilərin daha yaxşı müdafiəsi üçün atılacaq konkret addımlar haqqında da danışmaq istəyirik” dedi.
İsrail-Fələstin münaqişəsinin digər ölkələrə keçməsinin qarşısının alınmasının prioritetlərindən biri olduğunu deyən Antoni Blinken digər prioritetin məhbusların azad edilməsi olduğunu vurğulayıb.
Bir jurnalistin Qəzzadakı hərəkətləri ilə bağlı İsrailə təzyiq edilib-edilməyəcəyini soruşduqda, Blinken İsrailin özünü müdafiə etmək hüququ və öhdəliyinə malik olduğunu təkrarlayıb.
Blinken HƏMAS-ı mülki əhalinin ölümlərində günahlandırıb və HƏMAS-ın mülki şəxslərdən canlı qalxan, xəstəxana və məscidləri qərargah kimi istifadə etdiyini iddia edib.
Blinken mülki vətəndaşların ölümləri ilə bağlı, “Uçmuş bir binanın dağıntıları altından fələstinli bir uşağın çıxarıldığını görəndə, İsraildə və ya başqa yerlərdə eyni hadisəni gördüyüm kimi bu mənə çox təsir edir” dedi.
Şayəstə Hüseynova





