ABŞ dövlət katibi Antoni Blinken İsrailə yeni hərbi yardımın yolda olduğunu bildirib. Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransının yayımı “YouTube”- da mövcuddur.
Onun sözlərinə görə, müdafiə təyinatlı məmulatların dörd yükü artıq İsrailə gəlib və yaxın vaxtlarda yeni tədarüklər təyinat ölkəsinə çatacaq. Blinken əlavə edib ki, Dövlət Departamenti İsrailin müdafiə ehtiyaclarını ödəmək üçün ABŞ Konqresi ilə birgə çalışacaq.
Havar Şəfiyeva





