JP: Blinken İsraildəki etirazçılara girovların tezliklə azad ediləcəyinə söz verib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken qaldığı oteldən Təl-Əvivdə nümayişçilərin qarşısına çıxıb və Fələstinin Həmas hərəkatı tərəfindən girov götürülənlərin azad edilməsi ilə bağlı sualları cavablandırıb. Bu barədə “Jerusalem Post” (JP) məlumat yayıb.
“Sevdiklərinizi evə gətirmək, etməyə çalışdığımız hər şeyin əsasını təşkil edir və hamı… evə gələnə qədər dincəlməyəcəyik” dövlət katibi deyib.
Onun sözlərinə görə, HƏMAS qrupuna “çox güclü təklif” verilib və radikallar əməkdaşlıq etsələr, problem həll oluna bilər.
Otel qarşısındakı görüşdən sonra Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə təkbətək görüşə yollanıb. Bunun ardınca ABŞ-ın İsraildəki səfiri Ceykob Lyu və bir sıra yüksək vəzifəli İsrail rəsmilərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.
Mayın 1-də həmçinin, İsrailin Fələstinin Həmas qrupu ilə atəşkəs və girovların dəyişdirilməsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazır olduğu bildirilib.
Şayəstə Hüseynova






