ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Rusiyada baş verən hadisələri müzakirə edib.
Məlumata görə, Blinken Kulebaya Vaşinqtonun Kiyevə dəstəyinin dəyişməyəcəyini bir daha vurğulayıb.
Qeyd olunub ki, ABŞ vəziyyətin inkişafı ilə bağlı Ukrayna ilə sıx koordinasiyada qalacaq.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...




