ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya Starlink peyk internet xidmətləri göstərən Tesla və SpaceX-in baş direktoru İlon Maskın Ukraynanın keçən il Krımda Rusiya donanmasına qarşı planlaşdırdığı hücumun qarşısını aldığına dair iddialara cavab verməkdən çəkinərkən, CNN aparıcı Ceyk Tapper tərəfindən tənqid edilib.Blinken həftə sonu CNN-də Jake Tapper-in aparıcılığı ilə yayımlanan “State of Union” proqramında qonaq olub.
Elchi.az xəbər verir ki, Elon Maskın Ukraynanın hücumlarının qarşısını almaq üçün gündəmdə olduğunu xatırladan Tapper bunun bir nəticəsi olub-olmayacağını soruşub.
Blinken isə suala birbaşa cavab verməkdən yayınaraq, Starlink-in Ukraynada ünsiyyət üçün “həyati” olduğunu bildirib.
ABŞ Dövlət Katibi Blinken, “Bizim gözləntimiz Starlink texnologiyasının ukraynalılar üçün tamamilə əlçatan olmasıdır.” dedi.
Şayəstə Hüseynova




