NATO Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğur qazanması üçün Kiyevə dəstəyi maksimum dərəcədə artırmalıdır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu çağırışı ABŞ dövlət katibi Entoni Blinken edib.
Blinkenin sözlərinə görə, NATO-ya üzv ölkələr də orta və uzunmüddətli çəkindirmə və müdafiə potensialının qurulmasında Ukrayna tərəfinə kömək etməyə hazırdır.






