Los-Ancelesdən Rusiyaya qayıdan bloqqer Əmiran Sərdarov ABŞ haqqında yanlış təsəvvürlərdən xəbər verib.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, o, bu barədə Aleksandr Sokolovskinin “YouTube”-dakı podkastında müvafiq açıqlama verib.
Sərdarovun sözlərinə görə, hazırda bütün dünyada piar sayəsində ABŞ-da həyat yer üzündə cənnət kimi qəbul edilir. Bir çox insanlar xoşbəxt olmaq üçün daimi yaşayış üçün Amerikaya köçməli olduqlarına səhvən inanırlar.
Bloqçu onu da qeyd edib ki, istənilən amerikalı aktyorun karyerasının zirvəsi hələ də Şöhrət Xiyabanında onun öz ulduzudur.
“Sən Şöhrət Xiyabanına gəlirsən və orada ancaq evsizlər var”, – deyə Sərdarov vurğulayıb
Yeganə




