Müharibə başlayandan bəri Avropada beş milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında bildirilib.
BMT QAK-ın məlumatına görə, fevralın 24-dən bəri ümumilikdə 4 816923 ukraynalı Avropanın 44 ölkəsində qaçqın kimi qeydiyyata alınıb.
Bildirlib ki, iyunun 7-nə kimi Ukraynadan 7,3 milyondan çox insanın sərhəd keçidinin qeydə alınıb və onlardan 2,3 milyon nəfərin ölkəsinə qayıdıb.
18-60 yaş arası ukraynalı kişilərin hərbi xidmətə yararlı olması və xaricə gedə bilməməsi səbəbindən xarici ölkələrə gedənlərin 90%-ni qadınlar və uşaqlar təşkil edir.
BMT QAK bildirib ki, Ukraynadakı müharibə “dünyanın ən böyük məcburi köçkün böhranlarından biri”nə səbəb olub.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...






