Vladimir Zelenskinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı onun üçün risklər daşıyır. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Beynəlxalq Böhran Qrupunun analitik mərkəzinin BMT məsələləri ilə məşğul olan departamentinin rəhbəri Riçard Qovan deyib.
Onun fikrincə, Nyu-Yorka səfər siyasətçiyə nəinki beynəlxalq dəstək qazanmaq imkanı verəcək, həm də onun üçün riskli olacaq. O qeyd edib ki, bir çox dövlət başçıları onun mesajlarının çoxuna kifayət qədər soyuq reaksiya verə bilərlər.
Goven vurğulayıb ki, Zelenski Rusiya tərəfi ilə sülh danışıqlarından imtina edir. “Bu, Afrika, Asiya və Latın Amerikası ölkələrinin əksər nümayəndələrinin BMT-də Ukrayna ilə bağlı son görüşlər zamanı dedikləri ilə ziddiyyət təşkil edir.
Bundan əvvəl məlum olub ki, Zelenski sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək. Onun çıxışı səhər saatlarında baş tutacaq.
Havar Şəfiyeva






