Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Sudandakı münaqişələr səbəbindən milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşə biləcəyini bildirib.
Elchi.az xəbər verir ki, ÜƏP-nın sözçüsü Tomson Phiri, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında bu barədə danışıb.
Maliyyə çatışmazlığı səbəbindən Cənubi Sudana ərzaq yardımı proqramının dayandırılması qərarı ilə ölkə əhalisinin ən azı üçdə birinin qidaya çata bilməyəcəyini ifadə edən sözçü ölkədə aclıq riski altında olan 1,7 milyon insanın vəziyyətinin daha da pisləşdirəcəyinə diqqət çəkib.
Nuranə Məmmədova




