Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda humanitar yardımların hədəfə alınmasına reaksiya verib.
Elchi.az xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Qriffits mövzu ilə bağlı açıqlama verib.
Griffiths Sudanda humanitar yardım üçün istifadə edilən anbarların talan edildiyini, işğal edildiyini və zireh kimi istifadə edildiyini açıqlayıb.
Qriffits BMT-nin yardımın yayılması üçün “təhlükəsiz, sürətli və maneəsiz” çıxışa ehtiyacı olduğunu vurğulayıb.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) məlumatında deyilir. Sudan iyunun 19-da Cenevrədə keçiriləcək yüksək səviyyəli öhdəlik konfransının ev sahiblərindən biri olacaq.
Konfrans BMT-dən başqa Misir, Almaniya, Qətər,Səudiyyə Ərəbistanı və Avropa Birliyi tərəfindən təşkil olunacaq.
Nuranə Məmmədova




