Kaxovka Su Elektrik Stansiyasını (SES) dağıdan hücum Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) vəziyyəti daha da gərginləşdirib.
Elchi.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo məlumat verib.
— “Daşqınlar Zaporojye AES-də onsuz da qeyri-sabit vəziyyəti daha da ağırlaşdırdı. MAQATE mütəxəssisləri atom elektrik stansiyaları üçün soyuducu suyun mövcudluğunu diqqətlə izləməyə davam edirlər. Onun təhlükəsizliyinin təmin edilməsi təkcə Ukrayna üçün deyil, bütün region üçün kritik olaraq qalır”.
DiKarlo qeyd edib ki, bəndin dağıdılmasından sonra demək olar ki, 600 min hektar kənd təsərrüfatı sahəsi suvarılmır. Bu, mövcud problemlərin kəskinləşməsinə gətirib çıxarır.
Nuranə Məmmədova




