Dron hücumları dayandırılmalıdır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
“Bizim əlimizdə məlumat yoxdur, lakin biz mülki hədəflərə, harada baş verməsindən asılı olmayaraq, hər hansı hücumun əleyhinəyik. Əgər bunlar Moskvadakı mülki binalardırsa, biz hücumlara qarşıyıq və onların dayandırılmasını istəyirik”.
Qeyd edək ki, iyulun 30-da səhər tezdən pilotsuz təyyarə Moskva Siti qülləsini vurub. Hücumla bağlı məlumatı paytaxt meri Sergey Sobyanin də təsdiqləyib və o, ciddi dağıntının olmadığını bildirib. O qeyd edib ki, hadisə nəticəsində ciddi dağıntı olmayıb, iki ofis qülləsinin fasadlarına cüzi ziyan dəyib.
Havar Şəfiyeva





