Azərbaycan-BMT əlaqələrinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
Bunu Şuşa şəhərində səfərdə olan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.
O diqqətə çatdırıb ki, tədbirlərin açılışı martın 2-dən başlayıb, Bakıda şəhərin mərkəzində fotosərgi açılıb.
“Bu gün Azərbaycan Hökumətinin dəvəti ilə biz Şuşada postpandemiya və postmüharibə dövründə dayanıqlı inkişaf məqsədlərinə nail olmağı müzakirə edəcəyik. İki paneldə fərqli imkanlar müzakirə olunacaq”, – Vladanka Andreeva qeyd edib.






