Birləşmiş Millətlər Təşkilatının (BMT) Silahsızlanma üzrə Ali Nümayəndəsi İzumi Nakamitsu bildirib ki, soyuq müharibədən bəri nüvə silahından istifadə etmək üçün ən yüksək risk altındayıq.
Elchi.az xəbər verir ki, BMT tərksilah üzrə ali nümayəndəsi İzumi Nakamitsu BMT Təhlükəsizlik Şurasında keçirilən “Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” adlı sessiyada çıxış edib.
Rusiya prezidenti Vladimir Putinin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqladığını xatırladan Nakamitsu, bütün üzv ölkələrin gərginliyi artıracaq və ya səhvlərə yol açacaq addımlardan qaçması lazım olduğunu bildirib.
Nakamitsu tərəflərin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayaraq, bu öhdəliklər sayəsində nüvə silahının istifadəsi və yayılmasının qarşısı alındığını bildirib.
Nakamitsu, “Nüvə silahından istifadə riskinin Soyuq Müharibədən bəri ən yüksək həddə çatdığı bir dövrdəyik. Ukraynadakı müharibə bu riskin ən ciddi nümunəsidir”,-deyə xəbərdarlıq edib.
Yeganə




